"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

06.12.2012

"Təsviri incəsənət" dərsliklərinin müəllifləri ilə görüş

Masazır kənd Əliağa Vahid adına 1 saylı orta məktəbin rəhbərliyinin dəvəti ilə 06.12.2012 tarixdə "Təsviri incəsənət" dərsliklərinin müəllifləri ilə görüş keçirilmişdir. Görüş iştirakçları məktəbin təsviri incəsənət muzeyi ilə tanış olmuş və şagirdlərin əl işlərinə baxmışlar.

 

        

 

Masazır kənd Əliağa Vahid adına 1 saylı orta məktəbin təsviri incəsənət müəllimi Bilqeyis Quliyeva öz təşəbbüsü ilə yatardığı təsviri incəsənət muzeyi haqqında ətraflı məlumat vermişdir. Məktəbin foyesində və muzeydə şagirdlərin əl işlərindən ibarət kompozisiyalar nümayiş etdirilir. Bilqeyis müəllimə öz əməyi haqqında belə deyir:

 

Mənim  ikinci  evim  məktəbim

1994-cü il  AZƏRBAYCAN  DÖVLƏT  PEDAQOJİ  UNİVERSİTETİN  “Bədii  qrafika” fakultəsini bitirmişəm. Masazır kənd Əliağa Vahid adına 1Saylı orta məktəbdə“ TƏSVİRİ  İNCƏSƏNƏT müəlliməsi  işləyirəm.

      Mən 5 ildir ki bu məktəbdə müəllimə  işləyirəm.Nəzərinizə  çatdırmaq istərdimki  məktəbimizin  direktoru  Orucov  Etibar müəllim  2006-ci ildən məktəbdə  direktor vəzi-fəsində işləyir.Bu illər  ərzində kollektivlə birlikdə bir çox uğurlar əldə etmişik.

Bu ugurların ən başlıca səbəbi Etibar muəllimin  “muzeylərin yaradilmasında” maddi  və  mənəvi  cəhətdən dəstək durması  bizim işlərimizi dahada uğurlu edir.

 

       

      Məktəbdə  ilk işimiz  3TRİO adlanan əsərlərdir. Bu əsərlərdə işlənilən materiallar- ( dik,xırda muncuqlar, kley və lak )-dan  istifadə olunub.İşdə kollektivimizin müəllimləri (  Arzu müəllimə, Şamama müəllimə,Aygün müəllimə,Sevil müəllimə, Xatirə müəllimə) ,şagirdlərin,valideyinlərin  və.s böyük rolu vardır.

          1-ci. “ Azərbaycanın  xəritəsi”.Əsərdə xəritənin bütün bölgələrini,Xəzər dənizini,torpaq sahələrini rəngli xırda muncuqların köməyi ilə ayırmışam.

2-ci.” İldən  ilə ucalan azərbaycan” . Bu əsərdə Üçrəngli bayrağın arxa fonu şəfəq saçan günəşdir.Əsərin dörd tərəfində isə xarici dövlətlərin bayraqları yer tutur.Azərbaycan bayrağının ildən ilə ucaldığını və  bu ucalıqların xarici dövlətlərə işıq saldığını ,sıx,mehriban münasibətdə  olduqlarını  göstərmək istəmişəm.

3-cü.” Azərbaycanın nemətləri”. Təsvir olunan dövlət qerbimizin dörd tərəfində Azərbaycanın nemətləri(musiqimiz,tariximiz,sərvətimiz,qara və ağ qızılımız )yer tutur.Allahın verdiyi bu gözəl nemətlərin bizim üçün daha qiymətli və dəyərli olduğunu bu əsərlə bir daha göstərmək istəmişəm.

        “Gül bayramı”nda 3TRİO va xırda güllərdən faner üzərində işlənmiş musiqi alətləri(Qabal,kamança,tar) Abşeron rayonunun Heydər Əliyev parkında  sərgidə nümayiş etdirilmişdir. Bu və digər işlərimə görə ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI  ZAKİR FƏRƏCOV  tərəfindən  “09”Sentyabr2009 cu il “FƏXRİ FƏRMAN” ilə təltif olunmuşam.

Sonra ABŞERON  RAYONU MASAZIR KƏND BƏLƏDİYYƏSİNİN SƏDRİ:ƏLİYEV SİYANFƏR 2009-2010-CU TƏDRİS İLİNDƏ GÖSTƏRDİYİ NAİLYƏTLƏRƏ GÖRƏ“FƏXRİ FƏRMAN”  İLƏ TƏLTİF olunmuşam.

 Məktəbimizin 2-ci dəhlizini Qarabag uğrunda şəhid olmuş şəhidlərimizə həsr etmişəm. Bu dəhlizdə məktəbimizdə vaxtı ilə oxumuş altı igidin şəkli,şəhid jurnalistlərin,şəhidlərimizin şəkilləri,Xocalı faciəsi, Qan yaddaşı və ən başda HEYDƏR  ƏLİYEVİN şəkli yerləşir. Bunların hamısını bir yerdə cəmləyən  bir kompazisiya  işləmişəm. Bu kompozisiyada “ sönmüş şamlar”- işğal altında qalmış torpaqlarımızı,  ”ağlayan günəş”-şəhidlərimizin   ğöz yaşlarını təsvir etmişəm. Mən inanıram ki tezliklə QARABAĞDA   sönmuş günəşi  Azərbaycanda yaşayan sülh göyərçinlərim  AĞLAYAN  günəşi  GÜLƏN günəşlə əvəz edəçək. Xəzər dənizində üzən gəmilərimiz  isə AZƏRBAYCANIN  hərtərəfli gücə malik olduğunu bildirir. Şəhidlərin çərçivələrini   Lətif Kərimovun “Xalçaçılıq” kitabından bəzi naxışları quaş ilə işləyib sonra isə laklamışam.Bu naxışları işləyərkən bəzi detalları istədiyim formada dəyişdirmişəm.  Bu muzeyi yaratmaqda məqsədim odur ki   MASAZIR  1-li məktəbdə oxuyan  hər bir şagird düşmənə qalib gəlməsi, torpaqlarımızın alınması üçün,  gucün qolda yox,   ağılda olmasını  bilməsi şərtdir  və buna görədə dərslərini yaxşı oxumaqları özlərinə borc bilməlidirlər.

       Məktəbimizin 3-cü  dəhlizində “TƏSVİRİ  İNCƏSƏNƏT”muzeyi  yerləşir. Bu muzeydə taxta üzərində işlənən kompozisiyalar(Novruz  bayramı, Azərbaycanın

Milli naxışı BUTA ,Kəpənəklər);İş prosesində çəkilən şəkillərdən hazırlanan stentlər,toxuma əl  işləri ; önlüklər; aplikasiyalar;Kilim  xalçamız; yer tutur.Bunlardan əlavə ən -əsas işim şagirdlərin  A3 farmatında çəkilən kompozisiyalarıdir. Muzeyimizdə  Təsviri  incəsənətin  hər  növünə aid kompozisiyalar var. Bu kompozisiyaları şagirdlərlə işləməkdə  və muzeyin  yaranmasında ancaq  məqsədim  şagirdlərin  yaradıcılıq zövqünü,auralarını  dahada  gözəl etmək və bu gözəlliyi onların gözlərində ,körpə ürəklərində yaşatmaq məni dogrudanda  sözün əsl mənasında  xoşbəxt edir.

 İri Formada daha üç kompozisiyam var.

1-ci.”Novruz  xonçası” .

2-ci.”Ağac”

3-cü.”Mənim sülh göyərçinim” Bu kompozisiya mazayka formasında işlənilib. Bizim təzə işimizi ilk dəfə sizlərə nümayiş etdirdik.Şagirdlərin ən çox sevdiyi  bu işi,onlara bir anlıq hər hansı bir oyunu xatırladır.

     Sinif kabinetim mənim kiçik bir İncəsənət muzeyimdir. Bu kabinetdə dərs deyən  fənn  muəllimləri  işlərdən gözəl təsir aldıqlarını, hər zaman özlərində  gözəl AURA yarandıqlarını dönə-dönə bildirirlər.

     Sadaladıgımız butün bu işlər rayon və şəhər sərgilərində iştirak edib və bəziləri bu sərgilərdə  yer tutmuşdur.Bunlardan biri məktəbimizin 7-ci sinif şagirdi Qəhramanov  Elxan Şahbaz oğlu BAKI şəhəri üzrə FÖVQALADA  HALLAR  NAZİRLİYİNİN  təşkil etdiyi sərgidə 2-ci yeri tutmuşdu.

Müəllimlərimizin, valideynlərimizin və şagirdlərimizin bu muzeylərin yaranmasında  böyuk rolu var. Arzu müəllimənin zəhmətini  xüsusi vurğulamalıyam.Məktəbimizin  təlim-tərbiyə  uzrə  direktor  müavini  ibrahimov  Famil müəllim,təşkilatçı  Hacıyev Nəsir müallim öz məsləhətləri ilə həmişə mənə dayaq olublar.Məktəb mənim ikinci evimdir.

Hər gün bu işlərə baxdıqda fikirləşirəmki,hər hansı bir işi yenidən işləsəm daha fərqli, bəzi detalları ayirmaqla və artırmaqla işləmək olar. Fikirlərimdən fikirlər yaranır buna görədə birinci allahıma və ikinci  “Gözəl fikirlərimi həyata keçirməkdə ömür boyu təşəkkür edəcəyim məktəbimizin  Direktoru  Orucov Etibar muəllimə çox minnətdaram. Məni dinlədiyinizə görə sizə minnətdaram.

 

 

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı