"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

28.09.2012

Qafqazinfo.az internet qəzetində verilmiş məqaləyə cavab

Qafqazinfo.az internet qəzetində Raminə Eyvazqızı tərəfindən yazılmış "Bu da Misir müəllimgilin dərsliyi" başlıqlı məqalə verilmişdir. Yazıda toxunulan məsələlərə nəşriyyatın rəsmi mövqeyi açıqlanmışdır.

Qafqazinfo.az internet qəzetində Raminə Eyvazqızı tərəfindən yazılmış

"Bu da Misir müəllimgilin dərsliyi"

başlıqlı məqaləsinə cavab

 

Son vaxtlar cəmiyyətimizin ən çox müzakirə olunan mövzularından biri də dərsliklərlə bağlıdır. Bu məsələnin hər bir ailəyə aid olduğundan müzakirələri də təbii hesab etmək lazımdır. Lakin çox zaman bu mövzuya toxunanlar prosesin mahiyyətindən tamam xəbərsiz insanlardır. Bəzi jurnalistlər isə sadəcə, mövzu tapmayanda “növbətçi mövzu” kimi hər zaman aktual və cəmiyyət tərəfindən “rahat qəbul olunan” bu mövzuya müraciət etməyi daha asan hesab edirlər. El arasında deyilən kimi: bilən də danışır, bilməyən də.

“Bakı” nəşriyyatı  uzun illərdir ki, texniki fənlər üzrə ixtisaslaşır. İnformatika dərsliklərini də nəşriyyatımızın uğurlu layihələrindən hesab etmək olar. Bu baxımdan əməkdaşlıq etdiyimiz müəlliflər də təsadüfi seçilmiş insanlar deyil.

Dərsliyi üzərində çalışan müəlliflər əvvəla, özləri də valideyndirlər və öz övladlarının da təhsil aldıqları dərsliklərin keyfiyyətli olmasında maraqlıdırlar. İkincisi, uzun illər pedaqoji təcrübəyə malik bu mütəxəssislər öz sahələrində dünyada gedən pro­ses­lə­ri diqqətlə izləyir və daim yeniliklər axtarışındadırlar. İnformatika dərsliklərinin müəl­lif­lə­rinin digər dərslik müəlliflərindən fərqi ondadır ki, çox böyük sürətlə inkişaf edən İKT sa­hə­sin­də bu gün verilən bilik və bacarıqlar 5-10 ildən sonra orta məktəbi bitirən şagirdlər üçün öz əhə­miy­yətini itir­mə­mə­lidir.

Bu baxımdan məqalə müəllifi Raminə Eyvazqızının İnformatika fənni üzrə yazılmış dərs­lik­lər­lə bağlı sualları təbiidir. Çünki o, bəzi terminləri ilk dəfədir ki, eşidir. Jurnalist təhsil alan vaxt in­formatika fənni bu səviyyədə tədris olunmurdu. Bununla yanaşı Raminə xanımın toxunduğu mə­sələlərlə bağlı izahat vermək istərdik.

1.    “Obyekt” anlayışı informatikanın fundamental anlayışlarındandır. Bu sözü gündəlik həyatda uşaqlar tez-tez eşidirlər. İnformatika fənn kurikulumunun standartlarında da düzgün olaraq bu anlayışın uşaq vaxtlarından şagirdlərə öyrədilməsi nəzərdə tutulur. Raminə xanıma məlumat üçün bildirək ki, insan da obyektdir. Öyrənilən və bizim fikrimizi cəlb edən hər bir şey obyektdir. Bu fikirdə məntiqsizlik insanın materialı ilə bağlıdırsa, biologiya dərslərindən yəqin ki, canlıların da hüceyrələrdən təşkil olunmasını xatırlamaq olar. Lakin 2-ci sinif şagirdi üçün obyektin xassələrindən danışılarkən izah olunur ki, bir obyekt digərindən bəzi xassələrinə görə fərqləndirmək olar. Yəqin ki, hər birimiz uşaq­lıq­da gözbağlıca oynamışıq. Əlimizlə toxunub tutduğunuz uşağın adını necə düzgün söy­lə­di­yi­mizi yada salaq. Bu, elə obyektin xassələrinə görə onu müəyyən etməkdir. Bu bacarıq müasir informasiya texnologiyalarının əsasını təşkil edən “Obrazların tanınması” nə­zəriy­yə­sinin elementləridir. İnsanın bütün həyatı obyektləri onların xassələrinə görə  tanınması üzərində qurulur. Yolda gördüyünüz tanışınızı, oxumaq istədiyiniz kitabı, yemək istə­di­yi­niz yeməyi də məhz onun xassələri ilə müəyyən edirsiniz. Raminə xanımın toxunduğu “xüsusiyyət” və “xassə” anlayışları arasında çox böyük fərq vardır. Jurnalistin iddiasına uyğun olaraq hərəkətin yalnız canlılara məxsus olması tamamilə səhvdir. Məsələn, şar küləyin təsiri ilə hərəkət edə bilər, göyə atılmış daş və ya top ağırlıq qüvvəsinin təsiri ilə hərəkət edir, cansız dəmirlərdən ibarət avtomobilin, buludların və günəşin hərəkət etməsi bu obyektlərin canlı olması demək deyil. Ona görə də biz heç cür deyə bilmərik ki, hərəkət yalnız canlıya məxsusdur. Elə canlılar da var ki, hərəkət etmirlər. Məsələn, ağaclar, bəzi heyvanlar canlı olsalar da mexaniki hərəkət etmirlər. Onlara yalnız bioloji hərəkət növü xasdır. Bulud və günəşin şəkli sizi ona görə çaşdırır ki, siz onların cansız olduğunu qəbul edə bilmirsiniz. Onlar cansızdırlar və daim hərəkətdədirlər.

2.    Obyektin hissəsi də onun xassələrinə aiddir. Biz uşaqlıqdan “həkim” dedikdə ilkin olaraq gözümüzün önünə ağ xalatlı bir insan gəlir. Bu isə o deməkdir ki, həkimin ağ xalatı onun atributu sayıla bilər. Siz insanı xarakterizə edən hissələrlə onun orqanlarını səhv salmayın. Obyektin hissəsi dedikdə yalnız onunla vəhdət təşkil edən hissələr nəzərdə tutulmur. Məsələn, avtomobilin şüşəsi olmasa da avtomobil avtomobilliyində qalır. Amma şüşə onun hissəsidir. Bu cür misalları sonsuz sayda gətirmək olar.

 

3.    Armudu stəkanın çox maraqlı xüsusiyyətləri məhz onun forması və simmetrik quruluşu ilə bağlıdır. Əgər Ramilə xanım armudu stəkanın unikal quruluşunun elmi izahatını bilmək istəyərsə, nəşriyyatımızla əməkdaşlıq edən fizik-alimlər kömək edə bilər.

 

4.    Əgər dəri vasitəsilə aldığımız informasiyanın adı “daktil informasiyadırsa” (rusca – тактильная информация, ingiliscə – tactileinformation)bəs biz onu başqa sözlə necə ad­lan­dıra bilərik? Əgər siz toxunma, eşitmə, görmə və s. terminlərini təklif edəcəksinizsə, bəri başdan deyək ki, toxunma, eşitmə və s. prosesin adıdır. Proseslərin adı ilə in­for­ma­si­ya­nı adlandırmaq qeyri-elmidir. Proses həmin informasiyanın ötürülmə tex­no­lo­gi­yasını müəyyən edir. İnformasiya növünün adı ilə prosesi eyniləşdirmək olmaz.

5.    Söylənilən “Səndə olan almanı mənə versən, məndə alma olacaq, səndə yox. Səndə olan infor­masiyanı mənə versən, məndə də olacaq, səndə də” fikri Nobel mükafatı laureatı, məş­hur yazıçı və mütəfəkkir Bernard Şouya məxsusdur (bax:http://www.epwr.ru/quotation/txt_397_14.php). Bu maraqlı fikir 2-ci sinif şagirdləri üçün sadələşdirilmişdir.  

 

Xatırlatmaq istərdik ki, 2-ci siniflər üçün hazırlanmış dərslik şagirdin müstəqil olaraq, özbaşına in­for­ma­si­ya alması üçün nəzərdə tutulmur. Tədris prosesində müəllim, şagird və valideyn üç­lü­yü­nün böyük əhəmiyyəti vardır. Bu prosesdə isə ən ağır yük isə müəllimin üzərinə düşür. Jur­nalistin dərslikdəki təlim materialları ilə bağlı yaranmış sualları onun müəllim üçün me­todik vəsaitlə tanış olmamasında irəli gəlir. Bu materialların 2-ci sinif şagirdlərinə ay­dın çatdırılma texnologiyaları müəllim üçün metodik vəsaitdə geniş şərh olunmuşdur. Nəşriyyatımız İnfor­ma­ti­ka fənninin tədrisinin metodiki aspektləri ilə bağlı müəllimlər üçün geniş işlər aparır. Nəş­riy­ya­tın öz saytı ilə yanaşı, www.informatik.azsaytında müəl­lim­lər üçün 500-ə yaxın me­to­dik re­surs yerləşdirilmişdir. Raminə xanıma adıçəkilən 2-ci sinif İnfprmatika üzrə müəllim üçün me­to­dik vəsaiti bu saytlardan sərbəst olaraq əldə edib tanış olmağı tövsiyə edərdik.

Facebook şəbəkəsində “İn­for­ma­tika müəllimləri” qrupu yaradılmışdır ki, burada respublikanın 1000-ə yaxın in­for­ma­ti­ka müəllimi gündəlik olaraq müxtəlif məsələləri müzakirə edirlər. Bu müzakirələrdə dərs­lik müəllifləri, nəşriyyat rəhbərləri də fəal iştirak edir. Dünyada çox az ana­lo­qu olan müəl­limlərin belə sosial şəbəkəsi informatika fənninin tədrisini təkmil­ləş­di­ril­mə­si­nə xid­mət edir. Maraqlanan hər bir şəxsi – valideyn, müəllim və jurnalistləri bu qrupdakı mü­za­ki­rə­lərə dəvət edirik.

Özümüzü müdafiə və bəraət fikirlərindən çox uzağıq. İnsan beyninin və yaradıcılıq pro­se­sinin məh­sulu olan hər bir şeyin təkmilləşdirilməyə ehtiyacı var. Kurikulumun tət­bi­qi­nin 2-ci ilində yaranan bu dərslikdə də təkmilləşdirilməyə ehtiyacı olan məqamlar ol­du­ğu­nu inkar etmirik. Bunları biz özümüz də gündəlik olaraq müzakirə edirik. Qərəzdən uzaq, saf məqsədlərlə verilmiş hər bir təklif alqışlanmalıdır. Bu baxımdan Raminə Ey­vaz­qı­zını  nəşriyyatımıza dəvət edir və bu barədə müəlliflərin iştirakı ilə müzakirə keçirməyi tək­lif edirik. Bizim ünvan və koordinatlarımız “Bakı” nəşriyyatının rəsmi saytında yer­ləş­di­rilmişdir.

 

“Bakı” nəşriyyatının rəhbərliyi

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı