"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

02.04.2012

Müəllifimiz Kəmalə Cəfərzadə Microsoft şirkətinin keçirdiyi

"Microsoft" korporasiyasının keçirdiyi forumda 40 ölkədən gələn müəllimlərin 80-dən artıq layihəsi təqdim olunub. Bakı Avropa Liseyinin müəllimi Kəmalə Cəfərzadə "Millətlərarası mədəni dialoq" mövzusu üzrə innovativ layihə ilə iştirak etmişdir. Qazandığı uğurlar münasibəti ilə Kəmalə xanımı təbrik edirik!

    "İnnovativ müəllimlər" müsabiqəsinin ölkə üzrə qalibləri Avropa Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı layiqincə təmsil ediblər.

Məlumat üçün qeyd edək ki, "Microsoft" şirkətinin  təşəbbüsü olan "İnnovativ müəllimlər" müsabiqəsi hazırda dünyanın 100-dən artıq ölkəsində reallaşdırılır. Müsabiqənin təşkilində məqsəd hər ölkədə qabaqcıl, yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə şərait yaratmaqdır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi və "Microsoft-Azərbaycan" tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq Proqramı"nın tərkib hissəsi olan tədbirə "Ultra", "Mədəd", HP və AzEduNet kimi təşkilatlar da dəstək verir. Bu müsabiqə öhdəsinə Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdlərin XXI əsr vərdişlərinə yiyələnməsinə şərait yaratmaq vəzifələrini götürüb. Seçim və final olaraq 2 mərhələdə təşkil edilən müsabiqəyə ötən ilin noyabrından start verilib.

"Təhsildə Əməkdaşlıq Proqramı"nın rəhbəri Emin Axundovun verdiyi məlumata görə, müsabiqəyə təqdim olunan 400 layihədən 25-i finala vəsiqə qazanıb və onlardan 6-sı qalib seçilib. Həmin layihələrin 9-u Bakıdan, digərləri isə bölgələrdən  olub. 2 layihə I yerə, 2 layihə II yerə, 2 layihə isə III yerə layiq görülüb. Müəllimlər layihələrini münsiflər heyətinə onlayn təqdim ediblər.

Müsabiqənin 2 əsas qalibi 19-22 mart tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı təmsil edib.

"Microsoft" korporasiyasının keçirdiyi forumda 40 ölkədən gələn müəllimlərin 80-dən artıq layihəsi təqdim olunub. Azərbaycanlı nümayəndələr - Azərbaycan Dillər Universitetinin müəllimi Gülbəniz Camalova və Bakıdakı 55 nömrəli tam orta məktəbin müəllimi Nailə Həsənova tədbirdə ekologiya, Bakı Avropa Liseyinin müəllimi Kəmalə Cəfərzadə isə millətlərarası mədəni dialoq mövzusunda innovativ layihələrlə iştirak ediblər.

Müxtəlif ölkələrdən gəlmiş iştirakçılar 3 gün ərzində öz layihələrini təqdim ediblər. Həmin günlərdə eyni zamanda "Microsoft" korporasiyasının məsul əməkdaşları ilə görüşlər keçirilib, müsabiqənin Avropa və dünya turlarının qaliblərinin təqdimatları dinlənilib, təhsil müəssisələrinə ekskursiyalar təşkil edilib. Forumda 6 nominasiyanın hər biri üzrə 4 layihə qalib seçilib. Gülbəniz Camalova və Nailə Həsənovanın "Gəlin planetimizi birlikdə qoruyaq" innovativ tədris layihəsi "Sinifdənkənar tədris" nominasiyası üzrə II yerə layiq görülüb. Layihənin ən önəmli xüsusiyyəti orta məktəb və universitet müəllimlərinin pedaqoji fəaliyyətlərinin keyfiyyətinin artırılmasına xidmət etməsidir. Layihə çərçivəsində əldə edilmiş təcrübə pedaqoji fakültələri olan ali məktəblərdə müvəffəqiyyətlə tətbiq edilə bilər.  Lissabonda keçirilən forum rəsmi və bədii hissədən ibarət böyük bir tədbirlə başa çatıb. Sonda qaliblərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, adıçəkilən müəllimlər Ümumdünya Təhsildə Əməkdaşlıq Forumunda qaliblər sırasında Avropanı təmsil edəcəklər. Forum bu ilin noyabr ayında Yunanıstanın Afina şəhərində keçiriləcək.  Müəllimlərimizə bu  səfərdə də böyük uğur qazanmağı arzulayırıq.

Müəllifimizin uğuru barədə oxuya bilərsiniz: gün.az , salamnews, sia,ictnews,azərbaycan müəllimi qəzeti

 

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı