"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

08.10.2011

Yeni qiymətləndirmə vəsaiti artıq satışdadır

4-cü sinif İnformatika üzrə “Qiymətləndirmə vasitələri” bölmələr üzrə və şagirdlərin yarımillik təlim nəticələrini qiymətləndirmək məqsədilə hazırlanmışdır.Vəsait müəllim, ibtidai sinif şagirdləri və valideynlərin birgə fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Təqdim olunan vəsait 4-cü sinifdə İnformatika fənni üzrə məz­mun standartlarını tam əhatə edir. Formativ qiymətləndirmə vasitələri şagird üçün iş dəftərində nəzərdə tutulduğundan təqdim olunan vəsaitə yalnız summativ qiymətləndirmə vasi­tələri daxil edilmişdir.

Summativ qiymətləndirmə təlim prosesində mü­əy­yən mər­hə­lə­lə­rə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vur­maq­la, şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır (“Ümumi təhsil mü­əs­si­sələrində, peşə liseylərində məktəb­daxili qiy­­mət­lən­dir­mə və şa­gird­lərin sinifdən-sinfə, səviyyədən-sə­viyyəyə ke­çi­ril­mə­si qay­da­ları”nın 5-ci və 6-cı  mad­də­lə­ri) .
Qiymətləndirmə vəsaitində dərslik komplektinə daxil olan “Müəllim üçün vəsait”də verilmiş summativ qiymətləndirmə nümu­nə­lə­rinə daha üç variant əlavə edilmişdir. “İnformasiya prosesləri”  böl­məsi üzrə isə qiymətləndirmə vasitələri iki variant­da təqdim olunur.
Vəsaitə yalnız bir doğru cavabı olan tapşırıqlarla yanaşı, bir neçə doğru cavabı olan tap­şı­rıq­lar da daxil edilmişdir.  
Hər variantın sonunda qiymətləndirmənin nəticəsini qeyd etmək üçün forma yerləşdirilmişdir.
Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarım­illərin sonunda ümumi təhsil müəssisə­sinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
Müəllimlərə tövsiyə olunur ki, vəsaiti şagirdlərdən yığıb üzə­rin­də onların ad və soyadlarını qeyd etməklə sinifdə saxlasınlar. Qiy­mətləndirmə zamanı hər şagirdin vəsaiti özünə qaytarılır və qiymətləndirmədən sonra müəllimin qeydləri ilə birlikdə tanış olmaq üçün valideynlərə təqdim olunur. Daha sonra vəsaitlər yenə yığılaraq  sinifdə saxlanılır.

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı