"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

03.01.2011

Portalın üstün cəhətlərindən bəhs edən nazir bildirib ki, ilk peşə-ixtisas təhsili sahəsində İKT-dən geniş istifadə olunması və bu resursların istifadəyə verilməsi peşə təhsilinin əhatə dairəsinin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

AVEL.EDU.AZ

 

“BAKI” NƏŞRİYYATININ  RESPUBLİKADA İLK

DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

 

 

 

 

Layihənin əsas məqsədi nədir?

 

Artıq 8 adda dərslik hazırlanmış və ilk peşə-ixtisas təhsili müəssisələrinə paylanılmışdır. Bağlanmış müqaviləyə əsasən, biz 8 adda dərsliyin elektron versiyasını internetdə yerləşdirilməli idi.

Lakin, müqavilənin icrası istiqamətində görüləcək işləri planlaşdırmaq üçün dünyada analoji resursları təhlil etmək və Peşə təhsilinin inkişaf istiqamətlərini müəyyənləşdirmək qərarına gəldik. Bununla bağlı Cənubi Koreya, İngiltərə, Rusiya federasiyasında uyğun resurslarla tanış olduq. Təhsil Nazirliyinin Peşə Təhsili şöbəsinin müdiri Namiq Məmmədovla dəflərlə keçirilən  müzakirələrdən sonra qərara gəldik ki, elektron resursların hazırlanması ilə kifayətlənmək olmaz.

                                                      

Qarşımıza daha perspektivli və daha qlobal bir məqsəd qoyduq. Biz sadəcə elektron re­sursların hazırlanmasını deyil, bütün bu resursları özündə cəmləşdirən DİSTANT PEŞƏ TƏHSİLİ SİSTEMİNİN konsepsiyasını hazırlayıb, onun texnoloji həllini təklif etdik.

Əslində dünyada bu istiqamətdə gedən proseslər onu göstərir ki, müxtəlif ölkələr tez və ya gec distant təhsil sisteminə keçməlidir. İnternet texnologiyalar sürətlə inkişaf etdikcə və İnternet şəbəkəsi genişləndikcə təhsilin bu növünün imkanları da genişlənir. İnternet vasitəsilə distant təhsil təhsilin elə növüdür ki, tədris materiallarının çox böyük hissəsinin ötürülməsi və müəllimlə ünsiyyət əsas eti­barilə, İnternet texnologiyalarından istifadə edilməklə həyata keçirilir. Respublikamızda bu sahədə gedən inkişafı nəzərə alaraq qarşımıza aşağıdakı məqsədləri qoyduq.

 

1.       Azərbaycanda texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində şagird, tələbə və müxtəlif sosial təbəqələrin nümayəndələrinə internet texnologiyaları vasitəsilə distant (məsafədən) peşə hazırlığı və ixtisasartırma fəaliyyəti imkanı yaratmaq.

2.       Əlavə peşə və qeyri formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq.

3.       İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində kadr hazırlığı səviyyəsini artırmaq.

4.       Ənənəvi üsullarla yanaşı onlayn testləşdirmə vasitəsilə bilik və bacarıqları qiymətləndirmək.

5.       Valideyn, müəllim və  məktəb rəhbərliyinin  elektron monitorinq sistemi vasitəsilə tədris prosesinin vəziyyəti haqqında operativ məlumat əldə etmək. Bazada saxlanılmış bu nəticələr gələcəkdə işəgötürənə namizəd haqqında ətraflı məlumat əldə etmək imkanı da verə bilər.

6.       Distant peşə təhsil sistemi üçün ilkin bazanı yaratmaq, vətəndaşların fasiləsiz və ömür boyu “məsafədən təhsil alma” imkanlarını genişləndirmək - Açıq peşə təhsil sistemini formalaşdırmaq.

 

Bu məqsədlərə necə nail olmaq olar?

 

Bəlkə də sadaladığım məqsədlər bir qədər geniş görünə bilər. Lakin bunlar, Təhsil Nazirliyinin Peşə təhsili şöbəsi ilə birgə hazırladığımız strateji hədəflərdir. Əslində, bu məqsədlərə nail olmaq tək bir təşkilatın fəaliyyəti ilə mümkün deyil və bu istiqamətdə Təhsil nazirliyinin müvafiq şöbələri müxtəlif yerli və xarici təşkilatlarla sistemli olaraq əməkdaşlıq edirlər. Biz isə sadəcə olaraq, bu məqsədlərə çatmaq üçün ilk addımları atdıq və artıq Distant peşə təhsili sisteminin ilkin versiyasını internetdə yerləşdirdik. Bu sistem daim işləməli və təkmilləşdirilməlidir. Onu da qeyd edim ki, bu sistem dünyada mövcud olan müxtəlif platformalar əsasında deyil, öz proqramçılarımız tərəfindən hazırlanmış və müəlliflik hüququ “Bakı” nəşriyyatına məxsus olan proqram təminatı əsasında yaradılmışdır.

 

Hazır platformalardan istifadə etməyərək öz proqram məhsulumuzun yaradılmasının səbəbi nədir

 

Hər bir platformanın öz üstün cəhətləri var. Biz işə başlamazdan qabaq çox platformaları öyrənib təhlil etmişik. Bizim sistemin özəlliyi ondadır ki, sistem həm Peşə təhsili sisteminin iştirakçıları üçün xüsusi formal təhsil imkanları verir, həm də cəmiyyətin bütün üzvləri üçün açıqdır. Sistem peşə təhsilinin xüsusiyyətləri nəzərə alınmaqla yaradılmışdır.

 

Sistem kimlər üçün nəzərdə tutulmuşdur

 

Biz sistemdən istifadə imkanlarına görə təhsilalanları dörd əsas qrupa ayırmışıq:

  1. Texniki peşə məktəblərində təhsil alan şagirdlər;
  2. Bu və ya digər peşə ilə bağlı sistemləşdirilmiş biliklər əldə etmək istəyən, heç bir yaş məhdudiyyəti qoyulmayan, işdən ayrılmamaqla,  qeyri - formal təhsil və ya  əlavə peşə təhsili almaq istəyən şəxslər;
  3. İxtisasartırmaya ehtiyacı olan şəxslər(mühəndis-pedaqoji heyət, işçilər və s.)
  4. Gündəlik məişət işlərində sistemin məlumat bazasından yararlanmaq istəyən istənilən şəxslər.

 

Sistemin öz məlumat bazası vardır ki, bu bazada müxtəlif mətnlər, video materiallar, trenajorlar, uyğun saytlara keçidlər və digər informasiyalar yerləşdirilmişdir.

 

Bazada hansı informasiyalar yerləşdirilə bilər və bu informasiyalardan kimlər istifadə edəcəklər

 

Bazada müəllimlər,  yaxud da mütəxəssislər tərəfindən müxtəlif xarakterli məlumatlar yerləşdirilə bilər.

-        Respublika üzrə peşə təhsil ixtisasları;

-        Peşə təhsil müəssisələri bazası-onların ünvanları, direktoru, tədris olunan ixtisaslar,  qəbul planları, müəllimlər, qruplar və s. ;

-        Müəllimlər bazası;

-        Şagirdlər bazası;

-        Elektron nərşlər-kitabxana;

-        Elektron testlər;

-        Dərs cədvəlləri;

-        Elektron jurnallar;

-        Bildirişlər;

-        Elanlar;

-        Elektron məktublar;

-        İmtahan nəticələri

 

və digər informasiyalar. Hər bir iştirakçının statusuna görə bu informasiyalardan istifadə etmək hüquqları vardır. Məsələn, şagirdlər ancaq özlərinə aid olan informasiyanı ala bilərlər, müəllim öz qruplarına, direktor öz məktəbinə və s. Elektron nəşrlərdən isə bütün istifadəçilər istifadə edə bilər.

Kitabxanada nə yerləşdiriləcək?

Kitabxanada internet texnologiyalarına əsaslanan multimedia vəsaitləri, həmçinin, mü­ha­zi­rələr, videodərslər, 3 ölçülü və adi trenajor kompleksləri, interaktiv tapşırıqlar, testlər, tematik müzakirələr və digər vəsaitlər.

Müəllim və moderatorlar tərəfindən sistemə daxil edilən testlər əsasında onlayn qiy­mət­lən­dirmə keçirmək imkanı vardır. Müəllimlər üçün xüsusi test konstruktoru yara­dıl­mışdır ki, burada testləri yaratmaq üçün bütün imkanlar vardır. Testlər test kons­truk­torunda ya­ra­­dılır. Bunun üçün testlərin mətnini, düstur və şəkilləri daxil etmək üçün xüsusi re­dak­tor hazırlanmışdır.

Testlər sistemə fənlər və kitabdakı mövzular üzrə, testin növü, çətinlik  dərəcəsi, bir söz­lə, müasir testologiya elminin bugünkü tələblərinə uyğun olaraq müxtəlif parametrlər nə­zərə alınmaqla daxil edilirlər. Müəllim qiymətləndirmə növünə uyğun olaraq (diaq­nos­tik, formativ, yaxud summativ) testləri müəyyənləşdirib onlayn imtahan keçirmək im­ka­nı­na malikdir. Şagirdlər və kənar istifadəçilər isə istənilən fənn və mövzular üzrə özlərini sı­namaq məqsədilə onlayn sınaq imtahanları verib və dərhal da onların nəticələri ilə tanış ola bilərlər. Bunun üçün heç bir texniki vasitə tələb olunmur. Sadəcə olaraq, internet şəbəkəsinə qoşulmuş kompyuterin olması kifayətdir.

Verilmiş imtahanın nəticələri cədvəl və diaqramlar şəklində imtahan verənin bazasında saxlanılır. Müəllim və təhsilin idarə edilməsinə məsul şəxslər imtahan nəticələri əsasında onlayn monitorinq keçirmək imkanına malikdirlər. Keçmiş imtahanların məlumat ba­za­sın­­da saxlanılmış nəticələrinə görə isə təlim nəticələrinin dəyişmə dinamikasını əyani ola­raq dərhal izləmək mümkündür. Bu dinamikanı bütün respublika, rayon, məktəb, qrup və hətta ayrı-ayrı şagirdlər üzrə də müşahidə etmək mümkündür. Nəticədə isə daha çox diqqət yetirilməsi tələb olunan sahələri müəy­yən­ləş­di­rib təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə istiqamətlənmiş tədbirlər planının effektivliyini artırmaq olar.

 

Bu sistem vasitəsilə hər hansı bir peşə öyrənmək mümkündürmü?

Əslində, multimedia və digər tədris vəsaitləri təcrid olunmuş halda deyil, digər tədris texnologiyaları ilə inteqrativ olaraq istifadə olunmalıdır. Müasir pedaqogikada pedaqoji məqsədlər taksonomiyası adlanan müxtəlif təhsil texnologiyaları mövcuddur. Onlardan ən məşhuru Blum, Kratvol, Maksimova və digər alimlərin modelləridir. Məsələn, Maksimova tədris materiallarının mənimsənilməsinin dörd səviyyəsini göstərir: öyrənmə, yadda saxlama, anlama və tətbiqetmə. Peşə təhsilində isə anlama və tətbiqetmə mərhələləri istehsalat təliminin vasitəsilə təkmilləşdirilir. Bizim təklif etdiyimiz elektron vəsaitlər yadda saxlama və anlama mərhələlərinin daha mükəmməl olaraq reallaşmasına xidmət edir. Təbii ki, bu vəsaitlər virtual olmayan maddi  məhsul istehsalına yönəlmiş  təlimi heç cür əvəz edə bilməz. Bu vəsaitlər nəzəri bilikləri daha dərindən mənimsənilməsinə və başa düşülməsinə xidmət edir.

Layihənin həyata keçirilməsi Peşə təhsili sisteminə hansı imkanlar verəcək?

Distant Peşə təhsili sistemi ilk növbədə aşağıdakı imkanları verə bilər:

-        Elektron nəşrlərdən istifadə etmək imkanı;

-        Peşə məktəbi şagirdləri və digər sosial təbəqələrin distant peşə təhsili almaq imkanı;

-        İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində kadr hazırlığı səviyyəsini artırmaq imkanı;

-        Cəmiyyətin bütün üzvlərinin müxtəlif peşələrə aid məlumat — sorğu bazasından yararlanmaq imkanı;

-        Onlayn qiymətləndirmə və elektron monitorinq sistemi;

-        Açıq peşə təhsil sisteminin bazasının formalaşdırılması və nəhayət, hüquqi baza təmin olunarsa — distant  təhsil vasitəsilə  müvafiq diplom və sertifikatların verilməsi imkanı.

Biz hesab edirik ki, belə layihələr cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına xidmət edir. Bu isə çox mühüm məsələdir. Bəlkə də orta və ali təhsilin bəzi problemlərinin həlli məhz peşə təhsilinin ictimai statusunun yüksəldilməsindən asılıdır. Təsadüfi deyil ki, dünyanın ən inkişaf etmiş ölkələri peşə təhsilinə çox əhəmiyyət verir. Bizim ölkəmizdə də bu istiqamətdə son illər ciddi işlər görülür və təqdim etdiyimiz layihə də bu istiqamətdə atılmış addımlardandır.  Biz fəxr edirik ki, respublikada ilk distant peşə təhsili sistemi məhz bizim nəşriyyat tərəfindən yaradılmışdır. Biz əminik ki, bu cür işlərə digər təşkilatlar da qoşulacaq və gələcəkdə bir-birindən maraqlı və geniş imkanlı resurslar yaradılacaqdır.

 

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı