"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

İnformatika – 3. Müəllim üçün vəsait

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan “İnformatika” fənnindən 3-cü siniflər üçün Müəllim üçün metodik vəsait, Dərslik İş dəftəri  təqdim olunur.

Digər fənlərdən fərqli olaraq, informatika fənninin tədrisində kompyuter texnolo­giyalarından geniş istifadə etmək məqsədilə bu komplektə “Bakı” nəşriyyatının öz təşəbbüsü ilə hazırladığı “İnfo-KO” multimedia diski də əlavə olunur. Bu disk dərslik və iş dəftərinin elektron versiyası deyil, müəllimlər üçün dərslik komplektini tamamlayan və təlim prosesində dərslik və iş dəftəri ilə paralel istifadə olunan köməkçi vəsaitdir.

Müəllim üçün vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:

  • İnformatika fənn kurikulumu;
  • 3-cü sinif üzrə məzmun standartları;
  • Dərslik komplektinin mövzular üzrə strukturu;
  • Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı;
  • Təlim strategiyaları və pedaqoji prosesin təşkili prinsipləri;
  • Fənlararası inteqrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;
  • 3-cü sinif İnformatika fənninin tədrisində müasir informasiya texnologiyalarının tətbiqi;
  • Şagird nailiyyətlərinin qiymətləndirmə prinsipləri və formaları barədə məlumat;
  • Dərsin fəal təlim mərhələləri üzrə planlaşdırma nümunələri;
  • Hər bir mövzu üzrə uşaqların fəallığını artırmaq üçün didaktik oyunlar;
  • Müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar;
  • Müəllimin istifadə edə biləcəyi mənbələr.

 

Müəllim üçün metodik vəsaitdə hər bir mövzunun sonunda qiymətləndirmə meyarları müəyyən olunmuşdur. Bu meyarlar mövzuda nəzərdə tutulan standartların reallaşmasına nə dərəcə nail olunduqunu qiymətləndirmək məqsədilə müəyyən edilir.

Müəllim tövsiyə olunan bu üsul və formalardan öz məqsədinə uyğun şəkildə istifadə edib, məqsədindən asılı olaraq, yeni meyarlar da yarada bilər.

Müəllif: Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R., Kərimova B.Ə.

İl: 2010

Fənn: İnformatika

Sinif: 3

Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait

Təhsil səviyyəsi: İbtidai təhsil

ISBN: 978-9952-429-10-3

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı