"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

Kulinariya – 2

  1. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş, ilk peşə-ixtisas müəssisələri üçün “Kulinariya–2” dərsliyi “Bakı” nəşriyyatı tərəfindən 2009-cu ildə hazırlanmışdır.

Dərslik III bölmədən ibarətdir:

· I bölmə – Xəmirdən hazırlanan məmulatlar

· II bölmə – Azərbaycanın müalicə kulinariyası

·  III bölmə – Avropa mətbəxi.

Tələbələr birinci bölmədə mayalı və mayasız xəmirdən müxtəlif məmulatların, içliklərin  hazırlanma üsullarına yiyələnəcəklər. Bu bölmədə həmçinin, xəmirdən hazırlanan Azərbaycan qənnadı məmulatlarının (şəkərbura, paxlava, şorqoğalı, badambura, bamiyə, mütəkkə, qurabiyə, külçə, kökə, nan və müxtəlif bölgələrə aid olan qənnadı məmulatlar) peseptləri də verilmişdir.

İkinci bölmədə Azərbaycan müalicə kulinariyasından bəhs edilir. Müalicə iaşəsi düzgün qurulduqda, həmçinin müalicə metodları ilə yanaşı aparıldıqda, bu, insanın tez sağalmasına səbəb olur.Müalicə iaşəsinin tətbiqi xəstə üçün müalicənin müsbat nəticələrlə qurtarmasına kömək edir.

Üçüncü bölmə isə Avropa mətbəxini (Fransa, İngiltərə, Almaniya, İtaliya, Bolqariya, Macarıstan, Polşa, Rumıniya, Yunanstan, Türkiyə, həmçinin Skandinaviya ölkələri,  İspaniya və Portuqaliya ölkələri) əhatə edir. Qeyd etmək lazımdır ki, Avropa ölkələrinin özünəməxsus sevimli yeməkləri vardır ki, onların da qeyri-adi hazırlanma texnologiyası var.

Kulinariya fənni insan səhhətinin və onun iş xarakterinin vəziyyətindən asılı menyu tərtib edilməsinə və yeməklərin hazırlanmasına imkan verir. Kulinariya bir çox fənlərlə – fizika, kimya, əmtəəşünaslıq, qida fiziologiyası, sanitariya və gigiyena, habelə ictimai iaşə müəssisələrinin avadanlığı, istehsalın təşkili ilə sıx əlaqədardır. Dərslikdə verilən bütün məlumatlar tələblərin kulinar proseslərinin düzgün dərk etməsində mühüm rol oynayacaqdır.

Müəllif: Allahverdiyeva R.M., Axundov C.C.

İl: 2009

Fənn: Kulinariya-2

Ədəbiyyatın növü: Dərslik

Təhsil səviyyəsi: İlk peşə təhsili

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı