"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

Informatika-2. Müəllim üçün metodik vəsait

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan “İnformatika” fənnindən 2-ci siniflər üçün Müəllim üçün metodik vəsait, Dərslik və İş dəftəri təqdim olunur. Digər fənlərdən fərqli olaraq, informatika fənninin tədrisində kompyuter texnolo¬giyalarından geniş istifadə etmək məqsədilə bu komplektə “Bakı” nəşriyyatının öz təşəbbüsü ilə hazırladığı “İnfo-KO” multimedia diski də əlavə olunur. Bu disk dərslik və iş dəftərinin elektron versiyası deyil, müəllimlər üçün dərslik komplektini tamamlayan və təlim prosesində dərslik və iş dəftəri ilə paralel istifadə olunan köməkçi vəsaitdir. Müəllim üçün vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:

– 2-ci sinif üzrə məzmun standartları;

– Təlim strategiyaları və pedaqoji prosesin prinsipləri;

– Dərslik komplektinin mövzular üzrə strukturu;

– Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı;

– Fənlərarası inteqrasiya imkanları və dıgər fənlərin uyğun alt standartları ilə cədvəli;

– Təlimin təşkilində istifadə olunan forma və üsullar;

– Ənənəvi və fəal metodlara, hamçinin tənqidi təfəkkürə əsaslanan dərslərin quruluşlarının qarşılıqlı müqayisəsi;

– Müəllim üçün metodik vəsait, Dərslik və İş dəftərində verilmiş materiallarının fəal dərsin mərhələləri üzrə paylanması;

– 2-ci sinif üçün “İnformatika” fənninin tədrisində müasir informasiya texnologiyalarının tətbiqi;

– Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsipləri və formaları barədə;

– Dərsin mərhələlər üzrə planlaşdırılması nümunələri.

Dərsin planlaşdırılması nümunələrində tövsiyə olunan materillardan tədris prosesində istifadə edilməsi konkret situasiyadan asılı olaraq müəllim tərəfindən müəyyən olunur. Bu, əsasən, müəllimin özünün fəal təlim üzrə iş təcrübəsindən, şagirdlərin qruplarda, cütlərlə və s. iş vərdişlərindən və onların hazırlıq səviyyəsindən asılı ola bilər. Dərsin fəal prinsipləri üzrə səmərəli qurulması müəllim və şagirdlərdən müəyyən bacarıq və vərdişlər tələb edir. Belə vərdişlərə malik olmayan müəllim və şagirdlər üçün fəal dərsin planlaşdırılması üzrə materialların həcmi çox görünsə də, fəal təlimin üsul və texnikalarına yiyələndikcə, dərs vaxtından daha rasional istifadə etmək imkanı qazanacaqlar. Tövsiyə olunan tədris materialları müəllimin yaradıcılığı üçün bir vasitə xarakteri daşıyır. Müəllim subyektiv və obyektiv faktorları nəzərə alaraq, bu materiallardan özünün məqbul saydığı şəkildə istifadə edə bilər. Bəzi tədqiqat işləri üçün tələb olunan formalar şagirdlərin iş dəftərlərində, bəziləri isə müəllim üçün vəsaiin müvafiq mövzuya aid səhifələrində yerləşdirilmişdir. Müəllim hər bir qrup üçün iş vərəqlərini, nümunəyə əsasən, özü hazırlaya bilər, yaxud uyğun səhifənin surətini çıxarıb paylaya bilər.

– Hər bir mövzu üzrə şagirdlərin fəallığını artırmaq üçün didaktik oyunlar;

– Müəllimin istifadə edə biləcəyi resurslar.

Təqdim olunan bu vəsaitlər “İnformatika” fənni üzrə şagird və müəllimlərə öyrənib-öyrətmə prosesində yardımçı olacaqdır.

Müəllif: Sadıqov İ.C., İsayeva N.R., Əzizova A.Ə., Əliyarzadə R.A., Əhmədova M.E.

İl: 2009

Fənn: İnformatika

Sinif: 2

Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait

Təhsil səviyyəsi: İbtidai təhsil

ISBN: 984-9952-429-09-0

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı