"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

İnformatika-1. Müəllim üçün metodik vəsait

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan “İnformatika” fənnindən 1-ci siniflər üçün Müəllim üçün metodik vəsait, Dərslik və İş dəftəri təqdim olunur. Digər fənlərdən fərqli olaraq, informatika fənninin tədrisində kompyuter texnologiyalarından geniş istifadə etmək məqsədilə bu komplektə “Bakı” nəşriyyatının öz təşəbbüsü ilə hazırladığı “İnfo-KO” multimedia diski də əlavə olunur. Bu disk dərslik və iş dəftərinin elektron versiyası deyil, müəllimlər üçün dərslik komplektini tamamlayan və təlim prosesində dərslik və iş dəftəri ilə paralel istifadə olunan köməkçi vəsaitdir. Bu vəsaitlər “İnformatika” fənni üzrə şagird və müəllimlərə öyrənib-öyrətmə prosesində yardımçı olacaqdır. Dərslik və iş dəftərindəki çalışma və tapşırıqların yerinə yetirilmə ardıcıllığı metodik vəsaitdə verilmişdir. Tövsiyə olunan ardıcıllıq sadədən mürəkkəbə doğru addım-addım mənimsənilməsi strategiyasına uyğundur. Metodik vəsaitdə verilən hər bir dərsin planlaşdırılması nümunələri aşağıdakı hissələrdən ibarətdir: – Tədris olunan mövzunun adı və dərsin konkret məqsədi – Hər bir mövzu üzrə inteqrasiya imkanları – Dərsin tipinə aid göstərişlər: öyrətmə-öyrənmə prosesinin tövsiyə edilən təkrar, praktik və ya tətbiqi, öyrədici və ya yeni bilik verən dərs tiplərinin müəyyən edilməsi – Öyrətmə-öyrənmə prosesinin maksimum effektivliyi üçün dərsin tövsiyə edilən forması: dərs-diskussiya, konfrans dərs forması, debat-dərslər, müzakira-dərslər, inteqrativ dərslər, kompyuterdə iş və s. – Diferensial təlim (təlim nəticələri zəif və yüksək olan şagirdlər üçün) – İstifadə olunan təlim üsulları – Dərsin mərhələləri: motivasiya, ümumi müzakirə üçün qoyulmuş sual, müxtəlif oyun və interaktiv üsullardan istifadə olunmaqla, mövzunun mənimsənilməsi prosesi, çalışma və tapşırıqların həlli ilə biliyin möhkəmləndirilməsi və mövzunun ümumiləşdirilməsi. Hər bir dərsin sonunda dərsdə fəal iştirak edən şagirdlərin adları çəkilməklə şifahi qiymətləndirmə aparıla bilər. Təhsil prosesində şagirdlərin qazanıb gündəlik həyatlarında tətbiq edə biləcəkləri bilik, bacarıq və vərdişlərin formalaşdırılması həm bu fənlərin, həm də onların əhatə etdiyi mövzuların əlaqəli-inteqrativ şəkildə tədrisini tələb edir. Çağdaş təhsil təcrübəsi göstərir ki, təlim prosesində müxtəlif inteqrasiya metodlarındaan istifadə etmədən hər hansı bir fənnin, xüsusən də İnformatikanın tədrisində uğur qazanmaq mümkün deyil. Təqdim olunan bu vəsaitlər “İnformatika” fənni üzrə şagird və müəllimlərə öyrənib-öyrətmə prosesində yardımçı olacaqdır.

Müəllif: Sadıqov İ.C., İsayeva N.R.

İl: 2008

Fənn: İnformatika

Sinif: 1

Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait

Təhsil səviyyəsi: İbtidai təhsil

ISBN: 978-9952-430-06-6

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı