"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

İnformatika-4. Müəllim üçün metodik vəsait (2011)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.07.2011-ci il tarixli 1197 nömrəli əmri ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikası ümumi orta təhsilin konsepsiyası (Milli kurikulumu) əsasında hazırlanmış 4-cü siniflər üçün "İnformatika" fənnindən dərslik komplekti dərslik, müəllim üçün metodik vəsait və iş dəftərindən ibarətdir.

Təqdim olunan komplektdə "İnformatika" fənninin tədrisi zamanı kompyuterdə iş vərdişlərini formalaşdırmaq üçün praktik işlərdə elektron tədris vəsaitləri və interaktiv lövhələrdən də geniş istifadə olunması nəzərdə tutulmuşdur.

Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:

- İbtidai təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri.

-4-cü sinif ibtidai təhsil pilləsinin yekun sinfi olduğundan bu nəticələrin mühüm əhəmiyyəti var. Şagirdlərin 4 il ərzində əldə etdikləri bilik və bacarıqların bu nəticələrə nə qədər uyğun olduğunun yoxlanılması çox vacibdir. Bunun üçün şagird tədris ilinin sonunda "İnformatika" fənnindən əldə etdiyi bilik və bacarıqların özünüqiymətləndirmə formasını doldurur. Bu forma iş dəftərində verilmişdir. Bu, növbəti pilləyə keçərkən diqanostik qiymətləndirmə üçün də faydalıdır.

- Dərslik komplektinin mövzular üzrə strukturu.

- Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı.

- Fənlərarası inteqrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli.

- Dərsin fəal təlim mərhələləri üzrə planlaşdırma nümunələri.

- Tədqiqat işlərində qruplarla və cütlərlə iş formalarına daha çox üstünlük verilir.

- Bütün praktik dərslərdə şagirdlər işə başlamazdan qabaq müəllim şagirdlərə kompyuterdə iş və təhlükəsizlik texnikası qaydalarını xatırlatmalıdır.

- Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsipləri forması.

- Müəlliflər tərəfindən elektron özünüqiymətləndirmə proqram təminatı hazırlanmışdır. 4-cü sinfin sonunda şagirdlər ibtidai təhsil üzrə bilik və bacarıqlarını internet vasitəsilə nəşriyyatın rəsmi saytında (www.bakineshr.az) yerləşdirilmiş proqram təminatından istifadə etməklə, qiymətləndirə bilərlər.

- 4-cü sinif "İnformatika" fənninin tədrisində müasir informasiya texnologiyalarının tətbiqi.

- Müxtəlif mövzular üzrə uşaqların fəallığını artırmaq üçün didaktik oyunlar.

- Müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar.

- Müəllimin istifadə edə biləcəyi mənbələr də müəllim üçün vəsaitdə yer almışdır.

 

Müəllif: Mahmudzadə R.Ə., Sadıqov İ.C., İsayeva N.R.

İl: 2011

Fənn: İnformatika

Sinif: 4

Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait

Təhsil səviyyəsi: İbtidai təhsil

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı