"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

İnformatika-4. Dərslik (2011)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.07.2011-ci il tarixli 1197 nömrəli əmri ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikasında ümumi orta təhsilin konsepsiyası (Milli kurikulumu) əsasında hazırlanmış 4-cü siniflər üçün "İnformatika" fənnindən dərslik komplekti dərslik, müəllim üçün metodik vəsait və iş dəftərindən ibarətdir.

Təqdim olunan komplektdə "İnformatika" fənninin tədrisi zamanı kompyuterdə iş vərddişlərini formalaşdırmaq üçün praktik işlərdə elektron tədris vəsaitləri və interaktiv lövhələrdən də geniş istifadə olunması nəzərdə tutulmuşdur.

Dərslikdə verilmiş materiallar bir neçə xüsusiyyətə malikdir:

- Hər mövzu bir və bir neçə hazırlıq sualı ilə başlayır.

- Hər bir mövzu müəyyən modullara bölünmüşdür. Modullardakı məlumatın daha mənimsənilməsi üçün "Fikirləş" işarəsi ilə onların həyatı tətbiqinə aid tapşırıqlar verilmişdir.

- Bəzi mövzularla bağlı aşağı siniflərdən lazım olan məlumatlar ayrıca çərçivədə verilir.

- Hər mövzuda bir və ya bir neçə məzmun standartı reallaşdırılır.

- Mövzular verilən yeni məlumatların tətbiqini nəzərdə tutan sual və ya tapşırıqla yekunlaşır.

- Bəzi mövzularda "Bu, maraqlıdır" işarəsi ilə şagirdlərin mövzu ilə bağlı biliklərini genişləndirmək məqsədi ilə maraqlı məlumatlar verilir.

- Hər bir mövzuda istifadə olunan yeni söz və anlayışlar ayrıca olaraq "Sözlük" blokunda verilir.

- Dərsliyin sonunda qrafik və mətn redaktorlarının alətləri, menyu komandaları və bəzi əsas terminlər lüğəti verilmişdir.

- Hər bir tədris vahidinin sonunda ümumiləşdirici suallar yerləşdirilmişdir.

- Dərsliyin son mövzusu "Bu dərslik necə hazırlanıb" adlanır. Əlavə oxu üçün nəzərdə tutulan bu mövzu valideynlərlə birgə, yaxud müstəqil oxu üçün nəzərdə tutulmuşdur. Bu mövzuya tədris saatı nəzərdə tutulmamışdır. "Bu dərslik necə hazırlanıb" mövzusunda ibtidai sinif informatika fənni üzrə məzmun standartlarının həyata tətbiqi şagirdin əlindəki kitabın hazırlanma nümunəsi ilə izah olunur.

 

 

Müəllif: Mahmudzadə R.Ə., Sadıqov İ.C., İsayeva N.R.

İl: 2011

Fənn: İnformatika

Sinif: 4

Ədəbiyyatın növü: Dərslik

Təhsil səviyyəsi: İbtidai təhsil

ISBN: 978-9952-8145-2-1

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı