"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Elektron-resurs / Elektron-resurs müfəssəl

INFOKO

“BAKINƏŞR”, “BAKIMEDİA” və MÜASİR TEXNOLOGİYALAR MƏRKƏZİ Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə ibtidai siniflər üçün hazırladığı İNFO-KO diski uşaqların bacarıq və qabiliyyətini inkişaf etdirməyə yönəlmiş ilk milli elektron tədris vəsaitidir.

İnformasiya texnologiyalarının dərs prosesinə tətbiqi uşaqların idrak fəaliyyətini aktivləşdirir, bilikləri şagirdlərə obrazlı şəkildə çatdırır, dərsdə səmimi emosional mühit yaradır.

Yuxarı siniflərdə şagirdin təhsili onun ibtidai siniflərdə aldığı təhsilin keyfiyyətindən bilavasitə asılıdır. İnfo-ko diski ibtidai siniflərdə yeni bilik və bacarıqların mənimsədilməsində etibarlı yardımçı ola bilər.

İNFO-KO diski uşaqların bacarıq və qabiliyyətini inkişaf etdirməyə yönəlmiş ilk milli elektron tədris vəsaitidir.

Bu disk 2008-2009-cu dərs ilində təhsilin yeni kurrikulumu əsasında ibtidai siniflər üçün hazırlanan dərslik komplektlərinə əlavə elektron tədis vəsaiti kimi istifadə oluna bilər.

Diskdə olan calışma və tapşırıqlar İnformatika, Riyaziyyat, Ana dili, Həyat bilgisi, Musiqi, Təsviri incəsənət, Texnologiya fənləri üzrə tərtib olunmuşdur.

 

İnformatika

- Əşyanın əlamətləri və onlar arasındakı münasibətlər

- Alqoritm

- Məntiqi oyunlar

mövzuları üzrə 150-yə yaxın interaktiv və rəngarəng çalışmalar verilmişdir.

 

Riyaziyyat

 

20 dairəsində Toplama və Çıxma əməllərinə aid interaktiv çalışmalar uşaqların bilik və bacarıqlarını möhkəmləndirməyə kömək edir.

 

Ana dili

Hərf və sözləri klaviaturada düzgün yığmaqla uşaqlar həm ana dilindən biliklərini möhkəmləndirir, həm də klaviaturada mətnlərin yığılma vərdişlərinə yiyələnirlər.

 

Həyat bilgisi

 

Ətraf aləmdə baş verən hadisələr və hərəkətlər ardıcıllıqları interaktiv tapşırıqlar vasitəsilə şagirdlərdə həyati bacarıqları formalaşdırılır.

 

Musiqi

Azərbaycan uşaq musiqisi tarixində ən sevilən mahnılar “BƏNÖVŞƏ” uşaq xoru tərəfindən İNFO-KO diski üçün məxsusi olaraq yazılmışdır. Müəllim dərs zamanı ikikanallı idarəetmə sistemi vasitəsilə müşaiyət və solistin səslərini avtonom idarə edə bilər. Musiqi dərsində və digər məktəb tədbirlərində solistin səsini azaldıb şagirdlər professional müşaiyətlə sevimli mahnıları ifa edə bilərlər.

 

Təsviri incəsənət

 

Rənglə bölməsində onlarla şəkilləri rəngləmək imkanı verilmişdir.

Azərbaycan dilində ilk dəfə olaraq uşaqlar üçün TAKS PAİNT qrafik redaktoru PAİNT, Publisher və digər sadə qrafik redaktorlarını tamamilə əvəz edə bilər.

 

Texnologiya

 

Həndəsi fiqurlardan müxtəlif əşyaların düzəldilməsi uşaqlarda konstruktiv düşüncə tərzini formalaşdırır. Məşhur tanqram və pazllar isə bu bacarıqları daha da möhkəmləndirir.

 

Elektron resursun ünvanı: www.pixart.ws/infoko

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı