"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Elektron-resurs / Elektron-resurs müfəssəl

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İlk peşə-ixtisas elektron təhsil sistemi www.avel.edu.az portalı

AVEL.EDU.AZ

“BAKI” NƏŞRİYYATININ  RESPUBLİKADA İLK

DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

Layihənin əsas məqsədi

1. Azərbaycanda texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində şagird, tələbə və müxtəlif sosial təbəqələrin nümayəndələrinə internet texnologiyaları vasitəsilə distant (məsafədən) peşə hazırlığı və ixtisasartırma fəaliyyəti imkanı yaratmaq.

2. Əlavə peşə və qeyri formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq.

3. İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində kadr hazırlığı səviyyəsini artırmaq.

4. Ənənəvi üsullarla yanaşı onlayn testləşdirmə vasitəsilə bilik və bacarıqları qiymətləndirmək.

5. Valideyn, müəllim və  məktəb rəhbərliyinin  elektron monitorinq sistemi vasitəsilə tədris prosesinin vəziyyəti haqqında operativ məlumat əldə etmək. Bazada saxlanılmış bu nəticələr gələcəkdə işəgötürənə namizəd haqqında ətraflı məlumat əldə etmək imkanı da verə bilər.

6. Distant peşə təhsil sistemi üçün ilkin bazanı yaratmaq, vətəndaşların fasiləsiz və ömür boyu “məsafədən təhsil alma” imkanlarını genişləndirmək - Açıq peşə təhsil sistemini formalaşdırmaq.

Sistem kimlər üçün nəzərdə tutulmuşdur

 

Biz sistemdən istifadə imkanlarına görə təhsilalanları dörd əsas qrupa ayırmışıq:

  1. Texniki peşə məktəblərində təhsil alan şagirdlər;
  2. Bu və ya digər peşə ilə bağlı sistemləşdirilmiş biliklər əldə etmək istəyən, heç bir yaş məhdudiyyəti qoyulmayan, işdən ayrılmamaqla,  qeyri - formal təhsil və ya  əlavə peşə təhsili almaq istəyən şəxslər;
  3. İxtisasartırmaya ehtiyacı olan şəxslər(mühəndis-pedaqoji heyət, işçilər və s.)
  4. Gündəlik məişət işlərində sistemin məlumat bazasından yararlanmaq istəyən istənilən şəxslər.

 

Sistemin öz məlumat bazası vardır ki, bu bazada müxtəlif mətnlər, video materiallar, trenajorlar, uyğun saytlara keçidlər və digər informasiyalar yerləşdirilmişdir.

 

Bazada hansı informasiyalar yerləşdirilə bilər və bu informasiyalardan kimlər istifadə edəcəklər

 

Bazada müəllimlər,  yaxud da mütəxəssislər tərəfindən müxtəlif xarakterli məlumatlar yerləşdirilə bilər.

-        Respublika üzrə peşə təhsil ixtisasları;

              -        Peşə təhsil müəssisələri bazası-onların ünvanları, direktoru, tədris olunan ixtisaslar,  qəbul planları, müəllimlər, qruplar və s. ;

-        Müəllimlər bazası;

-        Şagirdlər bazası;

-        Elektron nərşlər-kitabxana;

-        Elektron testlər;

-        Dərs cədvəlləri;

-        Elektron jurnallar;

-        Bildirişlər;

-        Elanlar;

-        Elektron məktublar;

-        İmtahan nəticələri

 

və digər informasiyalar. Hər bir iştirakçının statusuna görə bu informasiyalardan istifadə etmək hüquqları vardır. Məsələn, şagirdlər ancaq özlərinə aid olan informasiyanı ala bilərlər, müəllim öz qruplarına, direktor öz məktəbinə və s. Elektron nəşrlərdən isə bütün istifadəçilər istifadə edə bilər.

Bu sistem vasitəsilə hər hansı bir peşə öyrənmək mümkündürmü

Əslində, multimedia və digər tədris vəsaitləri təcrid olunmuş halda deyil, digər tədris texnologiyaları ilə inteqrativ olaraq istifadə olunmalıdır. Müasir pedaqogikada pedaqoji məqsədlər taksonomiyası adlanan müxtəlif təhsil texnologiyaları mövcuddur. Onlardan ən məşhuru Blum, Kratvol, Maksimova və digər alimlərin modelləridir. Məsələn, Maksimova tədris materiallarının mənimsənilməsinin dörd səviyyəsini göstərir: öyrənmə, yadda saxlama, anlama və tətbiqetmə. Peşə təhsilində isə anlama və tətbiqetmə mərhələləri istehsalat təliminin vasitəsilə təkmilləşdirilir. Bizim təklif etdiyimiz elektron vəsaitlər yadda saxlama və anlama mərhələlərinin daha mükəmməl olaraq reallaşmasına xidmət edir. Təbii ki, bu vəsaitlər virtual olmayan maddi  məhsul istehsalına yönəlmiş  təlimi heç cür əvəz edə bilməz. Bu vəsaitlər nəzəri bilikləri daha dərindən mənimsənilməsinə və başa düşülməsinə xidmət edir.

Layihənin həyata keçirilməsi Peşə təhsili sisteminə hansı imkanlar verəcək?

Distant Peşə təhsili sistemi ilk növbədə aşağıdakı imkanları verə bilər:

-        Elektron nəşrlərdən istifadə etmək imkanı;

-        Peşə məktəbi şagirdləri və digər sosial təbəqələrin distant peşə təhsili almaq imkanı;

-        İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində kadr hazırlığı səviyyəsini artırmaq imkanı;

-        Cəmiyyətin bütün üzvlərinin müxtəlif peşələrə aid məlumat — sorğu bazasından yararlanmaq imkanı;

-        Onlayn qiymətləndirmə və elektron monitorinq sistemi;

-        Açıq peşə təhsil sisteminin bazasının formalaşdırılması və nəhayət, hüquqi baza təmin olunarsa — distant  təhsil vasitəsilə  müvafiq diplom və sertifikatların verilməsi imkanı.

Biz hesab edirik ki, belə layihələr cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına xidmət edir. Bu isə çox mühüm məsələdir. Bəlkə də orta və ali təhsilin bəzi problemlərinin həlli məhz peşə təhsilinin ictimai statusunun yüksəldilməsindən asılıdır. Təsadüfi deyil ki, dünyanın ən inkişaf etmiş ölkələri peşə təhsilinə çox əhəmiyyət verir. Bizim ölkəmizdə də bu istiqamətdə son illər ciddi işlər görülür və təqdim etdiyimiz layihə də bu istiqamətdə atılmış addımlardandır.  Biz fəxr edirik ki, respublikada ilk distant peşə təhsili sistemi məhz bizim nəşriyyat tərəfindən yaradılmışdır. Biz əminik ki, bu cür işlərə digər təşkilatlar da qoşulacaq və gələcəkdə bir-birindən maraqlı və geniş imkanlı resurslar yaradılacaqdır.

 

 

 

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı