"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

09.02.2016
Təhsil nazirliyi dərsliklərin ictimai müzakirəsinə başladı


DƏRSLİK MÜƏLLİFİ OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

19.12.2015
YENİ NƏSLƏ YENİ DƏRS VƏSAİTİ

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Nəşriyyat haqqında

 

“Bakı” nəşriyyatı tədris vəsaitlərinin nəşri üzrə Azərbaycanda qabaqcıl nəşriyyatlardan biridir. Nəşriyyatın məhsulları əsasən, orta məktəb dərslikləri, iş dəftərləri, metodik vəsaitlər, elektron dərs vəsaitləri, elektron təhsil resursları və portallarıdır. Bir sözlə, təlim prosesinin uğurlu olmasını təmin edəcək vəsaitlərdir. Bu vəsaitlərin müasir texnologiyalar (həmçinin, informasiya texnologiyaları) əsasında hazırlanması təlim nəticələrinin yüksəlməsinə yardım edir.

2013-cü ildə “Bakı” nəşriyyatının 15 yaşı tamam olur.  Bu vaxt ərzində nəşriyyat müasir dünya görüşlü pedaqoq, metodist, alim və mütəxəssislərin təcrübələrinə əsaslanaraq respublikada məktəb dərsliklərinin nəşri üzrə qabaqcıl nəşriyyatlarından birinə çevrilmişdir.

14 il ərzində pedaqoq, müəllif və redaktorlarımızın professional əməyi nəticəsində on milyondan çox dərslik nəşr edilmişdir.

Biz fəxr edirik ki, “Bakı” nəşriyyatının dərslikləri yeni nəslin savadlanmasına xidmət edir və biz öz dərsliklərimizi təkmilləşdirməkdə davam edirik.

Nəşriyyatın əsas məqsədi dərsliklərin məzmunu və elmi səviyyəsinə qoyulan yüksək tələblə dərslik nəşrinin unikal texnologiyasının vəhdətinin təmin etməkdir. Nəşr etdiyimiz dərsliklərin əsas hədəfi Azərbaycan Respublikasında ümumi orta təhsilin Konsepsiyasına (Milli Kurikulumuna) uyğun olaraq tədrisin keyfiyyətinin və pedaqoji metodikaların effektivliyinin yüksəldilməsinin təmin edilməsidir.

Bizim üçün:

Dərslik yalnız məhsul və əmtəə deyil.

Dərslik nəsildən-nəslə ötürülən intellektual irsdir .

Dərslik millətin daha da güclənməsinə xidmət edir.

Dərslik bizim işimizin mənası olub ümumi inkişafımıza və istedadlı, professional insanların yaradıcılıq potensiallarının reallaşdırılmasına stimul verir.

 


 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı