"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

10.11.2020
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

08.06.2019
Bakı nəşriyyatının təşkilati dəstəyi ilə məktəblilər arasında

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

10.11.2020

Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır. Kitab “Bakı” nəşriyyatında hazırlanmış və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır. Kitab “Bakı” nəşriyyatında hazırlanmış və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Kitab C++ dilinin nümunəsində proqramlaşdırmanı öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, kitab proqramlaşdırma dillərini deyil, məhz proqramlaşdırmanı öyrənmək istəyənlər üçün faydalı olacaqdır. Bu məqsədlə materialların təqdim edilməsi zamanı “nə üçün” sualına “necə” sualı qədər önəm verilmişdir.

Kitab, ilk növbədə, ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr üçün nəzərdə tutulsa da, ondan ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yaralana biləcəkdir.

Kitab informatika üzrə respublika olimpiadalarına hazırlaşanlar üçün də çox faydalı olacaqdır. Belə ki, kitabın xüsusi olaraq “Olimpiada” və “Riyaziyyat” bölümləri məhz bu məqsəd üçün nəzərdə tutulmuşdur. Bundan başqa, kitabda təxminən 150 məsələnin həll proqramı ətraflı izahla verilmişdir. Kitabdakı materialları dərk edərək mənimsəyən şagirdlər respublika olimpiadasının finalınadək  gedib çıxa biləcəklər.

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2021 © "Bakı" nəşriyyatı