"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

04.04.2017

Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Calallının (Sadıqov) “İnformatika terminlərinin izahlı lüğəti” nəşr olunub.

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Calallının (Sadıqov) “İnformatika terminlərinin izahlı lüğəti” nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilinin qorunması və informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan, çoxillik gərgin araşdırmaların nəticəsi olan kitabın elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir.

Kitabda proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Lüğətə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib.

Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub.

Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda Azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.

Kitab müəllimlər, tələbələr, elmi tədqiqatçılar, İKT mütəxəssisləri, bütövlükdə, informasiya cəmiyyətinin üzvləri üçün nəzərdə tutulub.

 

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı