"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" kitabı çapdan çıxmışdır.

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

09.02.2016
Təhsil nazirliyi dərsliklərin ictimai müzakirəsinə başladı

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

16.05.2015

"BAKI" nəşriyyatının dəstəyi ilə məktəblilər arasında informatika fənni üzrə olimpiada keçirilmişdir

ALPLOGO-2015 ÜMUMRESPUBLİKA PROQRAMLAŞDIRMA OLİMPİADASINA YEKUN VURULDU

Qısa arayış. ALPLogo Azərbaycan dilində yaradılmış ilk proqramlaşdırma mühitidir. Təxminən yarım əsrdir ki, bütün dünyada kiçikyaşlı məktəblilər proqramlaşdırmanı, əsasən, LOGO dili vasitəsilə öyrənirlər. Uşaqlar üçün LOGO proqramlaşdırma dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunun əməkdaşları Seymur Paypert və İdit Xarel tərəfindən yaradılmışdır. Bu dil vasitəsilə kiçikyaşlı məktəblilər proqramlaşdırma konsepsiyasının əsaslarını öyrənir, onlarda düşüncə və məsələ həlli vərdişləri inkişaf etdirilir. LOGO mühiti uşaq personajına çevrilmiş Bağanın hərəkətlərinin proqramlaşdırılmasına əsaslanır. Bağa hərəkət etdikcə iz qoyur və nəticədə rəngarəng təsvirlər alınır. Bu gün dünyanın əksər dillərinə tərcümə olunmuş LOGO-nun onlarla yeni versiyaları vardır.

LOGO proqramlaşdırma dilinin ALPLogo adlanan Azərbaycan versiyası 2012-ci ildə ümumtəhsil məktəbləri üçün informatika dərsliklərinin müəllifləri və proqramçı Cəmşid Naxçıvanskidən ibarət qrup tərəfindən "Bakı" nəşriyyatında işlənib hazırlanmış və artıq üç ildir ki, respublika məktəblərində böyük uğurla istifadə olunur. Proqram mühiti V, VI və VII sinif informatika dərsliklərinə daxil edilmiş və respublika məktəblərinə pulsuz olaraq yayılması təmin olunmuşdur. ALPLogo-nun VII siniflər üçün nəzərdə tutulmuş yeni versiyası daha geniş hesablama və qrafik imkanlara malikdir. Proqramın başlıca özəlliyi komandaların Azərbaycan, ingilis və rus dillərində yazıla bilməsindədir. Azərbaycan və rus bölmələrində dərs zamanı müəllimlərin hər hansı dildə yazılmış hazır kodlardan asanca istifadə etmələri üçün proqramda interfeys dilinin dəyişdirilməsi ilə yanaşı, kodun bir dildən başqa dilə avtomatik çevrilməsi imkanı da vardır.

“Bakı” nəşriyyatının dəstəyi ilə ikinci dəfə keçirilən ALPLogo proqramlaşdırma olimpiadasının şərtləri informatik.az saytında və facebook şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda əvvəlcədən elan olunmuşdu. Məktəblərdə keçirilmiş birinci turun qalibləri 25.04.2015 tarixində respublika turunda iştirak etmək hüququ əldə etmişdilər. Olimpiada böyük uğurla keçirildi və 16.05.2015 tarixində yekun vuruldu.

Ötən ilki olimpiadadan fərqli olaraq bu il keçirilən olimpiadada zonalar üzrə respublikanın 14 bölgəsində olimpiada mərkəzləri yaradılmışdı. Ümumilikdə isə olimpiadada 159 şagird iştirak edirdi.

Final turunda şagirdlər ALPLogo proqramlaşdırma mühitində 2 saat ərzində 4 tapşırıq yerinə yetirməli idilər. 5 və 6-cı sinif şagirdləri ilə 7-ci sinif şagirdlərinə verilmiş tapşırıqlar onların yaş səviyyələrinə uğun olaraq fərqli idi.

İşləri yoxlayan zaman şagirdlərin proqramlaşdırma bacarıqlarını belə yüksək səviyyədə nümayiş etdirməsi münsiflər heyətini çox sevindirdi. Proqramlaşdırma sənətinin özəlliyi ondadır ki, bir məsələnin həlli üçün müxtəlif proqramlar tərtib oluna bilər. Tərtib olunan hər bir proqram başqasından proqramçının iti düşüncəsi, maraqlı tapıntıları, optimal alqoritmləşdirmə bacarıqları, bir sözlə proqramçının proqramlaşdırma məharəti ilə fərqlənir. Bu baxımdan iştirakçılar təcrübəli proqramçılardan ibarət münsiflər heyətini sözün əsl mənasında heyrətləndirməyi bacardılar.

 

Müsabiqə bitən kimi bütün işlər kodlaşdırıldı və bütün üzvlər tərəfindən ayrı-ayrılıqda məxfi olaraq qiymətləndirildi. Sonra münsiflər heyətinin hər bir üzvünün tərtib etdiyi reytinq cədvəli təhlil edilərək ümumi nəticəyə gəlindi. Qiymətlədirmə başa çatdıqdan sonra nəticələr dekodlaşdırılaraq informatik.az saytında və facebook şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda yerləşdirildi. Nəticələr belə oldu:

5-6 siniflər

I yer

Şagirdin adı, soyadı

Şəhər (Bölgə), məktəb

1

Lalə Əliyeva

İsmayıllı Lahıc qəsəbə tam orta məktəbi

2

İsmayıl Hümmətov

Sumqayıt ş. 36 saylı məktəb

3

Ayxan Ağazadə

İsmayıllı ş. 3 saylı məktəb-lisey

4

Ləman Sadıqlı

İsmayıllı

Hacıhətəmli kənd tam orta məktəbi

II yer

1

Tural Soltanov

Şirvan ş. 1 saylı məktəb-lisey

2

Nigar İsmayilova

Mingəçevir ş. Təbiət-Riyaziyyat və Humanitar Təmayüllü lisey

3

Bilal Asvarov

İsmayıllı ş. 1 saylı məktəb

4

Kamil Abdullayev

Mingəçevir ş. 8 saylı məktəb

5

Fəxriyyə Cəbiyeva

Bakı ş. 144 saylı məktəb

6

Aysu Ələkbərova

Gəncə ş. 39 saylı məktəb

7

Sadiq Məmmədov

Gəncə ş. 8 saylı məktəb

8

İlkin İmanov

Sumqayıt ş. 23 saylı məktəb

III yer

1

Valeh Abdinov

Gəncə ş. 19 saylı məktəb

2

Gülər İsmayılova

Bakı ş. 5 saylı məktəb

3

Rahid Əliyev

Şabran ş. 3 saylı məktəb

4

Ruhin Hüseynov

Ağcabədi Hindarx qəsəbə 1 saylı tam orta məktəb

5

Hacı Nurullayev

Qax ş. 4 saylı məktəb

6

Sadiq Cahangirzadə

Bakı ş. 264 saylı məktəb-lisey

7

Raul İsmayilov

Gəncə ş. 1 saylı məktəb

8

Məhəmməd Bəşirov

Bakı ş. Avropa-Azərbaycan məktəbi

9

Adil Cəfərli

Lənkəran ş. 4 N-li HTML

10

Arzu Abbaszadə

İsmayıllı Talıstan kənd tam orta məktəbi

11

Hüseyn Məmmədov

Şirvan ş. 16 saylı məktəb

12

Nərminə Feyziyeva

Bakı ş. 267 saylı məktəb-lisey

13

Vüsal Ramazanov

Mingəçevir ş. 8 saylı məktəb

IV yer

1

Fatimə Məmmədova

Gəncə, 43 saylı məktəb

2

Orxan Pənahov

İsmayıllı, 6 saylı məktəb

3

Mehdizadə İlhamə

Bakı, 239 saylı məktəb

4

Nicat Sadıqov

Bakı, 6 saylı məktəb-lisey

5

Rafayel Yusubov

Bakı, 193 saylı məktəb

6

Fatimə Atakişiyeva

Gəncə, 38 saylı məktəb

7

Elşən Rüstəmov

Hındarx q. 3 saylı məktəb

8

Zakir Əliyev

Gəncə ş. 22 saylı məktəb

9

Minayə Şabanlı

Qax ş.  2 saylı məktəb

10

Əminə Muxtarova

Bakı ş. 283 saylı məktəb

 


 

Müsabiqənin nəticələri təhlil edilən müddətdə facebook şəbəkəsindəki müvafiq qrupda  informatika müəllimlərinin göstərdikləri fəallıq münsiflər heyətində analoji müsabiqənin müəllimlər arasında da keçirilməsi təşəbbüsünü doğurdu. Bu, bütün müəllimlər tərəfindən sevinclə qarşılandı. Müsabiqənin şərtləri elan edildi: bütün işlər “İnformatika müəllimləri” qrupuna yerləşdiriləcək və qaliblər bütün müəllimlər tərəfindən açıq səsvermə ilə müəyyənləşəcək. Hər gün bir-birinin ardınca hamını heyrətləndirən təsvirlər yaranırdı. Hər yeni iş qrup üzvləri tərəfindən müzakirə olunur və rəylər bildirilirdi. Bu müsabiqə ALPLogo proqramlaşdırma mühitinin çox böyük imkanlarını nümayiş etdirdi. Səsvermə bütün qrup üzvləri tərəfindən açıq keçirildiyindən nəticələr hamının qane etmiş oldu: I yerə Aygül Orucova, II yerə Nərminə Nadirova və Təranə Məmmədova, III yerə isə Aynurə Kərimova, Sevda Həndəmova və Eldar Əmirov layiq görüldülər.

Bakının 202 nömrəli məktəbində keçirilmiş mükafatlandırma mərasimi “17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə” həsr edilmişdi. Tədbirə respublikanın müxtəlif bölgələrindən 150-dən çox iştirakçı gəlmişdi. Bütün iştirakçılara və mərkəz rəhbərlərinə sertifikatlar verildi.  Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.

Görüşdə Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, BDU-nun dosenti Ramin Mahmudzadə və əməkdar müəllim Naidə İsayeva çıxış edərək şagird və müəllimlərin böyük marağına səbəb olan belə müsabiqələrin gələcək proqramçıların yetişməsində böyük əhəmiyyətdən danışdılar. Fəxri yerləri qazanmış şagirdlər arasında beynəlxalq olimpiadalarda iştirak üçün namizədlərin seçilməsi və onlarla ciddi məşğul olunması nəzərdə tutulur.

İsmayıl Sadıqov çıxışında onu da söylədi ki, “Bakı” nəşriyyatının dəstəyi ilə keçirilən müsabiqənin miqyası genişlənərək bütün respublikanı əhatə etdiyindən növbəti ildən müsabiqə Təhsil Nazirliyinin xətti ilə keçiriləcəkdir. Ramin müəllim AMEA-nın prezidenti Akif Əlizadənin bir neçə gün əvvəl İnformasiya Texnologiyaları İnstitutunda çıxışı zamanı informatika fənnindən sualların tezliklə qəbul imtahanlarına daxil edilməsinin vacibliyi barədə söylədiyi fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sözçülər son zamanlar İnformatika fənni ətrafında gedən söhbətlərə də münasibət bildirdilər. Onlar söylədilər ki, bütün dünyada İKT-yə ən vacib sahə kimi baxıldığı bir zamanda, Azərbaycan məktəblərində informatika fənninə olan marağın il ildən daha da artdığı bir dövrdə bu fənnin tədrisinin məhdudlaşdırılması ümummilli ideyalara xidmət etmir. Ən məyusedici fakt isə ondan ibarətdir ki, bu fikirlər İKT sahəsindən xəbəri olmayan qeyri-kompetent şəxslər tərəfindən səsləndirilir.

Sonda valideynlər adından ikinci ildir ki, qalib adını qazanan Bakı şəhəri 114 nömrəli  məktəbin şagirdi Ülviyyə Əliyevanın atası çıxış edərək təşkilatçılara öz minnətdarlığını bildirdi.

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı