"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

09.02.2016
Təhsil nazirliyi dərsliklərin ictimai müzakirəsinə başladı


DƏRSLİK MÜƏLLİFİ OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

19.12.2015
YENİ NƏSLƏ YENİ DƏRS VƏSAİTİ

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

01.05.2015

Kimya-7. YENİ NƏSLƏ – MÜASİR KİMYA DƏRSLİYİ

7-ci siniflər üçün təqdim olunan kimya dərs vəsaiti Təhsil Nazirliyinin dərslikləri qiymətləndirmə şurası tərəfindən yüksək qiymətləndirilmiş və Təhsil Nazirinin müvafiq əmri ilə Dərs vəsaiti kimi təsdiq edilmişdir. Təqdim olunan vəsait kimya məzmun standartlarını tam olaraq reallaşdırmağa imkan verir.

 

 

VƏSAİTİN MÜHÜM CƏHƏTLƏRİ 

 

1.  İlk dəfə olaraq  bu vəsaitdə kimyanın tədrisində innovativ metodlardan istifadə edilmişdir.

 

 

Şagirdlərin müstəqil işləmələri üçün təcrübələr, laboratoriya işləri, məsələlər, layihələr təqdim olunur. Vəsaitin əsas özəlliklərindən biri də nəzəri məlumatla tanış olan şagirdlərə dərhal yeni biliklərini tətbiq etməsinə imkan yaradılmasıdır.

 

 

 

Bu isə müasir təlimin prinsiplərinin ən zəif cəhəti olan biliyin möhkəmləndirilməsinə imkan verir.

 

 

2. Dərs vəsaiti şagirdlərdə praktik bacarıqların formalaşmasına imkan yaradır.

 

3. Mövzu üzrə təlim materialları idrak taksonomiyasının mərhələləri  (fəal təlim prinsipləri) üzrə yerləşdirilmişdir. Bu isə mövzunun şagirdlər tərəfindən asan və dərindən mənimsənilməsini təmin edir,  onların müstəqil fəaliyyəti üçün geniş imkanlar yaradır.

 

4. Dərslik və iş dəftəri bir vəsaitdə cəmləşdirilmişdir. Bununla da biliyin möhkəmləndirilməsi məqsədi ilə nəzəri biliklər şagirdlərin praktik fəaliyyəti ilə bir-birini tamamlayır.

5. İllüstrativ materialların səlisliyi və dəqiqliyi nəzəri materialın əyaniliyini təmin edir.

 

6. Vəsaitin geniş formatı şagirdin qavrama və praktik fəaliyyət imkanlarını artırır.

 

7. Dizayn-konstruksiya və çoxsaylı illüstrativ materiallar izah olunan materialın mənimsənilməsini asanlaşdırır.

 

8. Laboratoriya və təcrübə işlərinin addım-addım icra alqoritminin verilməsi bu işləri yerinə yetirən zaman şagirdlərin yol verə biləcək səhvlərini minimuma endirir.

 

 

9. Hər bir mövzu üzrə verilmiş tapşırıqlar aşağıdakı məqsədləri daşıyır:

• yeni qazanılmış biliyi möhkəmləndirmək

• mövzu üzrə bilikləri genişləndirmək

• əldə edilmiş bilikləri real həyata inteqrasiya etmək

• bilik və bacarıqları qiymətləndirmək 

10. Layihələr kimyaya marağı artırmaq və müstəqil tədqiqat aparmaq bacarıqlarını formalaşdırmağa imkan yaradır.

 

11. Tədris ilinin sonunda düzgün işlənilmiş dərs vəsaitinin (iş dəftərinin) əhəmiyyəti itmir, əksinə artır. Şagirdin portfoliosunda saxlamaqla o, həm yuxarı siniflərdə, həm də ali məktəblərə hazırlıq dövründə istifadə oluna bilər.

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı