"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

09.02.2016
Təhsil nazirliyi dərsliklərin ictimai müzakirəsinə başladı


DƏRSLİK MÜƏLLİFİ OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

19.12.2015
YENİ NƏSLƏ YENİ DƏRS VƏSAİTİ

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

28.03.2015

"Bakı" nəşriyyatının dəstəyi ilə növbəti müsabiqə keçirilmişdir

"Bakı" nəşriyyatının dəstəyi ilə 7 və 8-ci sinif şagirləri arasında "Google SketchUp proqramında ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirildi

Respublika məktəbliləri arasında "Google SketchUp qrafik redaktorunda

hazırlanmış ən yaxşı üçölçülü model" müsabiqəsi keçirilmişdir

 

          

Artıq üçüncü ildir ki, məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqəsi keçirilir. 2011-ci ildə 7-ci sinif  "İnformatika" dərsliyinə daxil edilən Google SketchUp proqramı şagirdlərin çox böyük həvəslə işlədikləri tətbiqi proqramlardandır. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün Google SketchUp proqramı çox uğurlu başlanğıcdır.  

 

Google SketchUp proqramının informatikanın tədrisində yüksək əhəmiyyətini nəzərə alan Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevadan ibarət müəllif qrupu bu proqramı kurikulum əsasında yazılmış yeni 8-ci sinif İnformatika dərsliyinə də daxil etmişlər.

 

Bu proqramda iş vərdişlərinin formalaşdırılması informatikanın riyaziyyat, təsviri incəsənət, həyat bilgisi və texnologiya fənləri ilə inteqrasiyasını təmin edir. Şagirdlərin analoji tətbiqi proqramlara artan maraqlarını, məktəblilərin və informatika müəllimlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq dərslik müəllifləri "Bakı" nəşriyyatının dəstəyi ilə 28.02.2015 tarixində Google SketchUp proqramında ən yaxşı üçölçülü modellərin yaradılması üzrə növbəti respublika müsabiqəsini keçirdilər. Müsabiqənin keçirilməsi barədə məlumat və onun şərtləri bir ay əvvəldən informatik.az saytında və Facebook sosial şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda verilmişdi.

  

 

 Builki müsabiqə əvvəlki illərdən bir neçə mühüm cəhətlərinə görə fərqlənirdi. Əvvəla, müsabiqə ümumrespublika səviyyəsində keçirilirdi. Müsabiqədə respublikamızın müxtəlif bölgələrindən 168 şagird iştirak edirdi. Digər mühüm bir yenilik isə iştirakçıların onlayn qeydiyyatdan keçmələri oldu. Hər bir məktəbdən bir şagird olmaqla məktəb informatika müəllimləri informatik.az saytında və Facebook sosial şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda verilmiş xüsusi formanı doldurmaqla iştirak edəcək şagirdləri qeydiyyata salmışdılar. 7 və 8-ci sinif şagirdləri arasında keçirilməsi nəzərdə tutulan müsabiqədə Lahıc kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Lalə Əliyevanın da iştirakı bütün münsiflər heyəti üçün əsl sürpriz oldu. Müsabiqənin ən gənc iştirakçısının bu cəsarəti onun böyük gələcəyindən xəbər verir.

 

Müsabiqənin yerlərdə keçirilməsini təmin etmək məqsədilə bölgələrdə müvafiq mərkəzlər yaradılmışdı. Ətraf rayon məktəblərinin şagirdləri bu mərkəzlərə toplaşmışdılar. Mərkəz olaraq Bakı, Gəncə, Göyçay, Qax, Salyan, İsmayıllı, Şamaxı, Göygöl, Mingəçevir, Şirvan, Balakən, Ağcabədi şəhərləri seçilmişdi.

 

Bölgənin (şəhərin, qəsəbənin) adı

Müsabiqənin keçirildiyi yer

Mərkəz rəhbəri (müəllim, məsul şəxs)

İştirak edən şagirdlərin sayı

1

Bakı ş.

283 saylı məktəb

Naidə İsayeva

53

2

Göyçay ş.

5 saylı məktəb

Həyat Babayeva

7

3

Qax ş.

2 saylı məktəb

Nərminə Abdullayeva

6

4

Salyan ş.

Salyan RTŞ

İlkin Kərimov

6

5

İsmayıllı ş.

İsmayıllışəhər Müzeyində

Rövşən Əliyev

41

6

Şamaxı ş.

10 saylı məktəb

Şəhla Qəribova

6

7

Göygöl ş.

1 saylı orta məktəb

Nurlan Quliyeva

7

 

Gəncə ş.

27 saylı riyaziyyat-informatika təmayüllü məktəb

Səidə Tağızadə

19

8

Mingəçevir ş.

Təbiət-Riyaziyyat və Huma­nitar Elmlər Təmayüllü Lisey

Afət Əzizova

11

9

Şirvan ş.

1 saylı məktəb-lisey

Aygün Zaidova

5

10

Ağcabədi rayonu Hindarx qəsəbəsi

1 saylı tam orta məktəb

Dəyanət Fərzəli

2

11

Balakən ş.

Humanitar və Texniki təmayüllü lisey

Fatma Əfəndiyeva

9

 

Şərtlərə görə hər bir mərkəz rəhbəri müsabiqədən ən geci yarım saat əvvəl Bakı şəhərindəki mərkəzlə Skype bağlantı yaratmalı, Ramin Mahmudzadə və İsmayıl Sadıqovun rəhbərlik etdikləri münsiflər heyətinə iştirakçıların sayı, texniki təchizat və digər məsələlərlə bağlı məlumat verməli idi.

 

Şagirdlərə veriləcək tapşırıq müsabiqə günü bir neçə variant arasından püşkatma ilə müəyyən olunmalı idi. Münsiflər heyətinin və Təhsil Nazirliyinin məsul şəxslərinin də iştirak etdikləri püşkatma nəticəsində üçölçülü modeli hazırlanacaq obyekt olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin binası müəyyən olundu. Şagirdlər 1,5 saat ərzində bu obyektin modelini hazırlamalı idilər.  Bakı və bölgələrdə müsabiqəyə eyni vaxtda – 10.40-da start verildi.

 

Müsabiqənin bütün respublikada mütəşəkkil keçirilməsində mərkəz rəhbərlərinin yüksək təşkilatçılıq bacarıqlarını xüsusi qeyd etmək lazımdır. Bölgələr üzrə ən qabaqcıl müəllimlərdən seçilmiş mərkəz rəhbərləri şagirdləri vaxtında qeydiyyatdan keçirmişdilər. Onlar tapşırığın verilməsinə tam hazır vəziyyətdə gözləyirdilər. 10.30-da tapşırıq müəyyən olunan kimi dərhal bu barədə bölgə mərkəzlərinə məlumat və obyektin müxtəlif rakurslardan fotoşəkilləri ötürüldü. Seçilmiş obyektin fotoşəkilləri bütün bölgələrə eyni vaxtda onlayn ötürülmüşdü. Mərkəz rəhbərləri tərəfindən şəkillər qəbul edilib proyektor və elektron lövhələr vasitəsilə şagirdlərə nümayiş etdirildi. Müsabiqə davam etdiyi 1,5 saat ərzində obyektin görüntüləri  şagirdlərin daim gözləri qarşısında idi.

 

Müsabiqənin ilk dəqiqələrindən şagirdlərin çox hazırlıqlı və həvəsli olduqları görünürdü. Azərbaycan Respublikası Ali məhkəməsinin binası memarlıq baxımından mürəkkəbliyi ilə seçilsə də şagirdlər onun üçölçülü modelinin yaradılmasında heç də çətin çəkmirdilər. Vaxt keçdikcə şagirdlər binanın sütunlarını, pencərə və xırda detallarını necə məharətlə yaratdıqları hamını heyrətə gətirirdi. Klassisizm üslubunda yaradılmış bu memarlıq əsəri son dövrlərdə respublikamızda inşa edilən çox gözəl sənət əsərləri arasında özünün orijinallığı ilə seçilir.

 

Gəncə, İsmayıllı, Şirvan, Abşeron və Salyan rayon təhsil şöbələrinin yaxın köməkliyi və mərkəz rəhbərlərinin peşəkarlıqları sayəsində uyğun mərkəzlərdə iş yüksək səviyyədə təşkil edilmişdi. İsmayıllı şəhərində şagirdlər İsmayıllı şəhər muzeyin binasına yığışmışdılar. Bu mərkəzdə İsmayıllı rayonun şagirdləri ilə yanaşı, Siyəzən və Ağsu rayonlarının şagirdləri də daxil olmaqla 41 nəfər iştirak edirdi.

 

Göyçay, Qax, Şamaxı, Göygöl, Mingəçevir, Balakən şəhərlərində, həmçinin Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən mərkəzlərin işi müsabiqənin təşkilatçıları tərəfindən yüksək qiymətləndirildi, mərkəz rəhbərlərinə əsl müəllim fədakarlığı və peşə sədaqəti nümayiş etdiklərinə görə minnətdarlıq bildirildi.

 

Bakı şəhəri üzrə mərkəz 283 nömrəli tam orta məktəbdə yerləşmişdi. Bura Bakı, Sumqayıt, Xızı şəhərləri, həmçinin, Qubadlı, Abşeron rayonlarından 53 şagird iştirak edirdi.

 

 Münsiflər heyətinin böyük sevincinə səbəb olan faktlardan biri də o oldu ki, müasir tətbiqi proqramlardan hesab edilən Google SketchUp proqramında respublikamızın bölgələrindən olan şagirdlərin iş səviyyələri heç də şəhər məktəblərində təhsil alan şagirdlərin səviyyəsindən geri qalmırdı. Bu isə informatika fənninin bütün respublikada tədrisinin keyfiyyətinin ilbəil artdığını sübut edir.

       

Müsabiqədə iştirak edən şagird işlərinin obyektiv qiymətləndirilməsi məqsədilə münsiflər heyəti bütün işləri kodlaşdırmaq qərarına gəldilər. 163 işdən hər biri münsiflər heyətinin hər bir üzvü tərəfindən ayrıca qiymətləndirildi, sonda reytinq cədvəli qurularaq nəticələr müqayisə və təhlil olunaraq qaliblər müəyyən edildi.

 

Müsabiqə qaliblərinin təltif edilmə mərasimi 13 mart Bakı şəhəri 6 saylı məktəb-liseydə keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri nformatika dərsliklərinin müəllifləri və “Bakı” nəşriyyatının direktoru mərasimdə iştirak etdilər. Artıq 3-cü ildir “Bakı” nəşriyyatının təşkilatçılığı ilə keçirilən bu müsabiqə respublika məktəbliləri arasında çox böyük marağa səbəb olmuşdur. İştirakçılardan 3 nəfər I, 3 nəfər II, 7 nəfər III, 8 nəfər isə IV (həvəsləndirici) yerə layiq görüldülər.

QALİBLƏR                  

I yer

1. Akif Kərimov                           Bakı şəhəri  264 saylı məktəb-lisey

2. Emil Quliyev                            Bakı şəhəri  83 saylı məktəb-lisey

3. İslam Valehli                           Bakı şəhəri  6 saylı məktəb-lisey

 

II yer

1. Bəhruz Əsgərli                     Bakı şəhəri  "Zəngi" liseyi

2. Ceyhun Əliyev                     Qubadlı rayonu Dəmiçilər kənd tam orta məktəbi

3. Şəmistan Kərimov                Bakı şəhəri  267 saylı məktəb-lisey

 

III yer

1. Heydərov Məhəmməd          Bakı şəhəri  136 saylı tam məktəb

2. Şəhriyar Sadıqlı                    Bakı şəhəri  291 saylı Ekologiya liseyi

3. Elmir Əsədov                       Baki Modern məktəbi

4. Rəşad Babayev                     İsmayıllı şəhəri 3 saylı məktəb-lisey

5. Lalə Əliyeva                         İsmayıllı rayonu Lağıc kənd tam orta məktəbi

6. Əli Hüseynov                       Gəncə şəhəri 27№li riyaziyyat-informatika təmayüllü məktəb-lisey

7. Rövşən Babayev                   Salyan şəhəri 4 saylı tam orta məktəb

 

IV yer (həvəsləndirici)

1. Qasımov Sadıq                     Ağcabədi rayonu Hındarx qəsəbəsi 1 saylı tam orta məktəb

2. Rəşad Musayev                    İsmayıllı rayon İstisu kənd tam orta məktəb

3. Yusif Əlizadə                       Bakı şəhəri  Avropa Azərbaycan Məktəbi

4. Yalçın Tağızadə                   Qax şəhəri T.İsmayılov adına 5nömrəli tam orta məktəb

5. Alsu Abdullayeva                 Balakən şəhəri Humanitar və Texniki Təmayüllü lisey

6. Nəcəf Nemətov                    Şamaxı 10 saylı tam orta məktəb

7. Emil Mabudzadə                  Mingəçevir ş. Texniki Humanitar lisey

8. Səfər Qaraş                          Şirvan ş. 21 saylı məktəb

 

       

 

Müsabiqənin nəticələrinə görə ən gənc iştirakçı olan Lahıc kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Lalə Əliyeva 3-cü yerə layiq görüldü. Bütün iştirakçılara sertifikat veriləcəkdir. Sonra qaliblərə müvafiq diplomlar və hədiyyələr verildi. Tədbirdə mərkəz rəhbərləri və görüş iştirakçıları çıxış edərək müsabiqə təşkilatçılarına öz minnətdarlıqlarını  bildirdilər. Onlar növbəti illərdə bu müsabiqənin daha geniş miqyasda keçirilməsini arzu etdilər.

 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı