"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

24.02.2013

"Bakı" nəşriyyatının dəstəyi ilə müsabiqə keçirilmişdir

"Bakı" nəşriyyatının dəstəyi ilə 283 saylı məktəbdə "Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirilmişdir.

24 fevral 2013-ci il tarixində Bakı ş. 283 saylı məktəbdə "Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirilmişdir. 7-ci sinif "İnformatika" dərsliyinə daxil olan Google Sketch Up proqramı şagirdlərin çox böyük marağına səbəb olmuşdur. Yağışlı havaya baxmayaraq şagird və müəllimlər müsabiqəyə çox həvəslə gəlmişdilər.

 

Müsabiqədə 20 şagird iştirak edirdi. 2 şagird Sumqayıt, 1 nəfər Şamaxı, 1 nəfər Şəki, 16 nəfər isə Bakı məktəblərini təmsil edirdilər. Püşk nəticəsində 4 obyekt arasından Opera və Balet Teatrın binasının şəkli seçildi. 2 saat ərzində şagirdlər Google SketchUP proqramında onun 3D modelini hazırladılar. Tapşırıq mürəkkəb olsa da, uşaqlar demək olar ki, bu tapşırığın öhdəsindən gəldilər. Şagirdlərin işini informatika müəllimələrindən ibarət ekspertlər qrupu qiymətləndirdi. Sonra isə münsiflər heyətinin üzvləri, dərlik müəllifləri - Ramin Mahmudzadə(sədr), İsmayıl Sadıqov, Naidə İsayeva işləri bir daha yoxlayaraq müəllimlərin seçimini təsdiq etdilər.

I yer (1 yer) – Rəsulov Cavid  Bakı ş., 291 saylı məktəb;

II yer (2 yer)  – Vəlizadə Xavər Bakı ş., 70 saylı məktəb və Quliyev Elgiz Bakı ş. 229 saylı məktəb;

III yer (3 yer) – Qasımova Məryam  Bakı Modern məktəbi,  Əmrahov Nail Bakı ş. 6 saylı məktəb və İsgəndərov Amil Sumqayıt ş. 36 saylı məktəb.

Bütün iştirakçılara sertifikatlar verildi. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələrlə yanaşı İsmayıl Sadıqovun müəllifliyi ilə Ramin Mahmudzadənin 75 illik yubeliyinə həsr etdiyi “Beynəlxalq İnformatika Olimpiadaları” kitabı da hədiyyə edildi. Bu kitab şagirdləri müşayiət edən müəllimlərə də bağışlandı.

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı