"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Arxiv / Xəbərlər müfəssəl

Informatika dərsliklərindəki terminlərlə bağlı

Terminalogiya komissiyasının sədr müavini Sayalı Sadıqova 05.02.2013 tarixində “Trend” agentliyinə İnformatika dərsliklərindəki terminlərlə bağlı fikir bildirmişdir

Terminalogiya komissiyasının sədr müavini Sayalı Sadıqovanın 05.02.2013 tarixində “Trend” agentliyinə İnformatika dərsliklərindəki terminlərlə bağlı bildirdiyi fikilər söyləmişdir. http://az.trend.az/news/society/2115860.html

Nəşriyyatımız Sayalı xanımın fikirlərinə münasibət bildirmişdir http://az.trend.az/news/society/2116051.html

 

Azərbaycanın orta məktəblərində istifadə edilən "İnformatika" dərsliklərini hazırlayan "Bakı" Nəşriyyat Evi və Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın həmin dərsliklərdə müəyyən terminlərin Azərbaycan dilində verilməməsi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

"Bakı" Nəşriyyat Evinin direktoru Zaur İsayev çərşənbə axşamı Trend-ə bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanın orta məktəblərində "Windows" əməliyyat sisteminin komandaları istifadə edilir və komandalar da ingilis dilində yazılır. Hər bir dərsliyin arxasında isə həmin komandaların tərcüməsi yazılır.

"Proqramı başa düşən sistem ingilis dilindədir. Ona görə də biz Azərbaycan dilində sadəcə onun şərhini verə bilərik. Ancaq biz o komandaları Azərbaycan dilinə tərcümə edə bilmərik, çünki sistem onu başa düşməz. Bu komandaların adları əməliyyat sistemində olduğu kimi ingilis dilində yazılmalıdır ki, uşaqlar onu icra edə bilsin. Biz onu azərbaycanca yazsaq, uşaq isə onu ingilis dilində görsə, o, hansı komandadan istifadə edəcəyini bilməyəcək", - İsayev deyib.

Nəşriyyat direktoru bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi monitorinq zamanı "İnformatika" dərslikləri müsbət qiymətləndirilib.

"İnformatika" dərsliklərinin müəlliflərindən olan Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov isə Trend-ə müsahibəsində dərsliklərlə bağlı səsləndirilən iradlarla razılaşmayıb. Sayalı Sadıqovanın İKT üzrə mütəxəssis olmadığını deyən Sadıqov bütün terminlərlə bağlı müzakirələrdə iştirak etməyə hazır olduğunu, terminlərin düzgün yazıldığını bildirib.

O deyib ki, hazırda Azərbaycanın orta məktəblərində əsasən ingilis dilində olan "Windows" əməliyyat sistemindən istifadə edildiyi üçün terminlər də yazılarkən onların orijinal variantlarına üstünlük verilib.

"Dərsliyə daxil edilən terminlər çox məsuliyyətlə, dəqiq yazılmalıdır. Terminlər orijinal ingilis dilindədir, ona görə də biz orijinal varianta üstünlük vermişik. Mənası, oxunuşu uşaqlar üçün çətin olan terminlərin izahı və oxunuşu hər bir kitabın arxasında verilib", - nazirlik rəsmisi deyib.

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı