"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

Informatika-2. İş dəftəri

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan “İnformatika” fənnindən 2-ci siniflər üçün Müəllim üçün metodik vəsait, Dərslik və İş dəftəri təqdim olunur. Digər fənlərdən fərqli olaraq, informatika fənninin tədrisində kompyuter tex¬no¬logiyalarından geniş istifadə etmək məqsədilə bu komplektə “Bakı” nəşriy¬yatının öz təşəbbüsü ilə hazırladığı “İnfo-KO” multimedia diski də əlavə olunur. Bu disk dərslik və iş dəftərinin elektron versiyası deyil, müəllimlər üçün dərslik komplektini tamamlayan və təlim prosesində dərslik və iş dəftəri ilə paralel istifadə olunan köməkçi vəsaitdir. İş dəftəri şagirdin fərdi fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Hər bir məzmun standartı üzrə qiymətləndirmə standartları əsasında, diferensial təlim nəzərə alınmaqla, hazırlanmış “İş dəftəri” aşağıdakı qurulrşa malikdir: – Bəzi tədqiqat işləri üçün tapşırıqlar; – Bilik və bacarıqları möhkəmləndirmək üçün çalışmalar; – Yaradıcı tətbiqetməyə yönəlmiş çalışmalar; – Praktiki işlər üçün tapşırıqlar; – İstiqamətləndirici suallar; – Özünüqiymətləndirmə formaları; – Müəllimin valideyn üçün qeydləri; – Hər tədris vahidinin sonunda summativ (yekun) qiymətləndirmə vasitələri. İş dəftərində ev tapşırıqlarını müəllim özü təyin edir. Ev tapşırıqlarının yoxlanılmasına dərsin vaxtını sərf etməmək məqsədilə müəllim belə bir üsuldan istifadə edə bilər: dərsin sonunda iş dəftərlərini yığır, ötən dərsdə evə vardiyi tapşırıqları yoxlayıb qiymətləndirmə formalarını doldurur, şagirdin nailiyyətləri, onun hansı fəaliyyətlərinə daha çox birgə səy göstərilməsi barədə valideynə məlumat yazır, iş dəftərlərini növbəti gün uşaqlara qaytarır. Bu vəsaitlər “İnformatika” fənni üzrə şagird və müəllimlərə öyrənib-öyrətmə prosesində yardımçı olacaqdır.

Müəllif: İsayeva N.R., Əliyarzadə R.A., Əhmədova M.E.

İl: 2009

Fənn: İnformatika

Sinif: 2

Ədəbiyyatın növü: İsh dəftəri

Təhsil səviyyəsi: İbtidai təhsil

Proyekt: Proyekt 1

ISBN: 978-9952-432-09-2

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2019 © "Bakı" nəşriyyatı