"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

Lüğət “Bakı” nəşriyyatının dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda nəşrə hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə çap olunmuşdur.

Həcmi 996 səhifədən ibarət olan unikal lüğət hesablama texnikasının müxtəlif sahələrinə – aparat vasitələri, proqram təminatı, verilənlərin saxlanması, şəbəkələr, qrafika, oyunlar, informasiyanın emalı, İnternet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara aid terminləri əhatə edir.

Lüğətdə 5 minədək məqalə-termin vardır. Məqalələrin başlığı, yəni izah olunan termin 4 dildə (ingilis – rus – türk – Azərbaycan) verilmiş, sonra isə terminin izahı təqdim olunmuşdur. Məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllə müşayiət olunub.

Akademik Rasim Əliquliyev:“Son 15-20 ildə Azərbaycanda informatika və İKT üzrə bir sıra lüğətlər nəşr olunmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, İsmayıl Calallı tərəfindən hazırlanmış “İnformatika terminlərinin izahlı lüğəti” həcminə, quruluşuna, tərtib prinsip və qaydalarına, dil və üslubuna, eləcə də başqa göstəricilərinə görə əvvəlki lüğətlərdən köklü surətdə fərqlənir. Bu lüğət göstərilən istiqamət üzrə ölkəmizdə ilk çoxdilli (ingiliscə-rusca-türkcə-azərbaycanca) izahlı, illüstrativ lüğət kimi, şübhəsiz, Azərbaycan leksikoqrafiyasının inkişafına töhfə verəcək yeni bir nəşrdir.”

Nəşrin elmi redaktoru: akademik Rasim Əliquliyev

Rəyçilər: akademik Telman Əliyev

Ələkbər Əliyevtexnika elmləri doktoru, professor

Ramin Mahmudzadəfizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent

Əsgər Quliyev filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent   

Müəllif: Sadıqov İ.C.

İl: 2017

Fənn: İnformatika

Ədəbiyyatın növü: Lüğət

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı