"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Kataloq / Kataloq müfəssəl

Təsviri incəsənət -3. İş dəftəri (2011)

Azərbaycan Respublikası Təhsil nazirliyinin 04.07.2011-ci il tarixli 1197 nömrəli əmri ilə təsdiq olunmuşdur.

Əlvan illüstrasiyalarla zəngin olan dərslik kiçikyaşlı məktəblilərdə incəsənət aləmi ilə ünsiyyət yaratmaqla, “Təsviri incəsənət” fənni üzrə bədii biliklərin sistemləşməsinə və yaradıcı təfəkkürün formalaşmasına yardım göstərir. Hər mövzu tapşırıqlarla müşayiət olunur. İş dəftərinin sonunda “Ümumiləşdirici testlər” verilir.

İş dəftəri şagirdin fərdi fəaliyyəti üçün nəzərdə tutulmuşdur – dərsliyi müşayiət edir və onun məzmununa, quruluşuna uyğun gəlir. Uşağın sərbəst fəaliyyətinə yönəlmiş tapşırıqlar onun yaradıcılıq imkanlarını daha da genişləndirir. Bu tapşırıqlar əsas mövzuların öyrənilməsi zamanı alınmış bilik və vərdişləri möhkəmləndirir. Şagird tapşırıqları müəllimin müəyyən yönəltməsindən sonra yerinə yetirə bilər. Bu yönəltmələr onu maraqlı, bədii, qeyri-formal yaradıcılığa sövq edir.

Hər bir məzmun xətti üzrə qiymətləndirmə standartları əsasında diferensial təlim nəzərə alınmaqla, hazırlanmış iş dəftərinə bilik və bacarıqları möhkəmləndirmək üçün tapşırıqlar, yaradıcı tətbiqetmə xarakterli çalışmalar, praktik işlər üzrə tapşırıqlar, istiqamətləndirici suallar, hər tədris vahidinin sonunda summativ (yekun) qiymətləndirmə vasitələri daxildir.

İnklüziv təlimin prinsiplərinə uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün də çalışmalar nəzərə alınır.

İş dəftərində tapşırıqlar sadədən mürəkkəbə doğru yerləşdirilmişdir. Şagirdlərin bütün tapşırıqları yerinə yetirmələri vacib deyildir. Çətinlik dərəcələrinə görə, tapşırıqlar şagirdlər arasında bölüşdürülə bilər.

Müəllif: Cəfərzadə K.Ə.

İl: 2011

Fənn: Təsviri incəsənət

Sinif: 3

Ədəbiyyatın növü: İsh dəftəri

Təhsil səviyyəsi: İbtidai təhsil

Zənbil: Əlavə et

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2019 © "Bakı" nəşriyyatı