"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Müəlliflər / Müəlliflər müfəssəl

Quliyev Əsgər Qədir oğlu

Təvəllüd: 18.09.1954

Təhsili:

Ali, 1975-ci ildə ADPU, Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir

Elmi dərəcəsi:

Filologiya üzrə fəlsəfə doktoru, ümumi dilçilik üzrə dosent

Fəxri adları:

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Karyerası:

1975-78-ci illərdə təyinat üzrə Xaçmaz rayonunda müəllim işləmişdir. 1978-81-ci illərdə məqsədli əyani aspiranturada (Bakı-Moskva) təhsil almışdır. 1983-cü ildə müqayisəli türkologiya üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda əvvəl kiçik, sonra isə böyük elmi işçi kimi çalışmışdır. 1990-1992-ci illərdə əyani doktoranturada təhsil almışdır. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Tədris ədəbiyyatı və nəşriyyatlar” idarəsinin rəisi vəzifəsində çalışmışdır. Sonradan idarənin adı dəyişdirilərək, “Dərslik, mətbuat və nəşriyyat” şöbəsi adlandırılmışdır. 2000-2003-cü illərdə təhsil nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2004-2013-cü il sentyabrın 3-nə qədər Nazirliyin Aparatında baş məsləhətçi vəzifəsində çalışmışdır. 2013-cü il sentyabrın 3-dən Təhsil Nazirinin əmri ilə “Dərslik və nəşriyyat” şöbəsinə müdir müavini vəzifəsinə təyin olunmuşdur.

Hazırkı iş yeri və vəzifəsi:

Təhsil Nazirliyinin "Dərslik və nəşriyyat" şöbəsinin müdir müavini

 

Nəşriyyatımızla əməkdaşlıq:

Ədəbiyyat. 5-ci sinif üçün dərslik, 2012.

Müəllifi olduğu digər nəşr və publikasiyalar:

1. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, "Çaşıoğlu", 2001. Bu əsər Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamı əsasında hazırlanmışdır. Elmi redaktoru akademik Ramiz Mehdiyevdir (həcmi 18 çap vərəqidir). Bu kitabın bütöv halda elektron versiyası Prezidentin kitabxanasının saytında yerləşdirilib (http://ebooks.preslib.az/pdfbooks/azbooks/merd.pdf).

2. Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində. Bakı, Çaşıoğlu, 2003.

3. Təhsil millətin gələcəyidir. (Bu kitabda Ümummilli lider Heydər Əliyevin 1969-2003-cü illərdə Azərbaycan təhsili ilə bağlı çıxış və nitqləri toplanıb). Bakı, "Təhsil", 2003.

4. Azərbaycan dili. 9-cu sinif üçün dərslik (1993-2003-cü illər).

5. Ədəbiyyat. 5-ci sinif üçün dərslik (2002-2012-ci illər).

6. Ədəbiyyat. 6-cı sinif üçün dərslik (2002-2013-cü illər).

7. Türk dünyası ədəbiyyatı. Türk liseyləri üçün dərs kirs kitabı. Ankara, 2003. 2 cilddə.

8. Ana sözü. 1-4-cü siniflər üçün dərs vəsaiti (2002-2012-ci illər).

9. Ədəbiyyat. 5-ci sinif üçün dərslik, 2012 (hazırda istifadə olunur).

Təfərrüat:

– 1995-ci ildə Azərbaycan-Türkiyə hökumətlərarası müqavilə əsasında Türk liseyləri üçün dərsliklər  hazırlayan komissiyanın üzvü,  Azərbaycan üzrə rəhbəri və "Türk dünyası ədəbiyyatı" dərs kitabında “Azərbaycan ədəbiyyatı” hissəsinin müəllifidir.

– 2002-2010-cu illərdə çap olunmuş 100 cildlik “Azərbaycan və dünya ədəbiyyatı” seriyasının baş redaktoru olub.

– Azərbaycan Milli Ensiklopediyasının xüsusi "Azərbaycan" cildi üçün “Təhsil” oçerkinin müəllifidir (4 çap vərəqi həcmində). Burada ən qədim zamanlardan günümüzə kimi Azərbaycan təhsil tarixi əks olunmuşdur. Həmin ensiklopediya 2006-cı ildə Azərbaycan dilində, 2012-ci ildə isə rus dilində çap olunmuşdur.

– Ümimilikdə 160-dan artıq elmi və elmi-metodiki əsəri çap olunmuşdur.

– Hazırda 25 cildlik "Azərbaycan Milli Ensiklopediyası"nın təhsil üzrə elmi məsləhətçisidir.

– Eyni zamanda "Qloballaşma şəraitində Azərbaycan dilinin və dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası üzrə işçi qrupunun Təhsil Nazirliyi üzrə üzvüdür.

E-mail:

a.guliyev@edu.gov.az

MÜƏLLİFƏ SUAL YAZ

Adınız
   
E-mailiniz
   
 
Gizli kodu daxil edin: 45045   
* Formanı tam doldurun!
   
 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı