"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

04.04.2017
Azərtac “İnformatika terminlərinin izahlı lüğəti”nin nəşri ilə bağlı məlumat yayıb

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" çapdan çıxmışdır

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Müəlliflər / Müəlliflər müfəssəl

Abbasova Şəhla Abbas qızı

Təhsili:

1971-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirib.

Karyerası:

1970-ci ildə Bakı şəhərindəki 1 saylı Alatava ibtidai məktəbinə sinif müəllimi. 1976-cı ildən 13 saylı orta məktəb.

Hazırkı iş yeri və vəzifəsi:

1994-cü ildən Bakı Avropa Liseyində calışır.

Nəşriyyatımızla əməkdaşlıq:

2008-2009-cü tədris ilində 1-ci siniflər üçün “Təsviri İncəsənət- müəllim üçün vəsait” və 1-ci siniflər üçün “Təsviri İncəsənət-iş dəftəri”nin həmmüəllifidir.

Təfərrüat:

Abbasova Şəhla Abbas qızı 2 fevral 1942 –ci ildə Şuşa şəhərinin Xəlifəli kəndində anadan olmuşdur.

1960-cı ildə Şamaxı şəhər 1 saylı orta məktəbi bitirib, 1960-cı ildə 1 saylı Bakı tibb məktəbinin axşam şöbəsinə daxil olmuş, 1963-cü ildə həmin texnikumu bitirmişdir. 1964-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş və 1971-ci ildə həmin institutu bitirərək “Orta məktəbdə fransız dili və səkkizillik məktəbdə Azərbaycan dili müəllimi” ixtisasına yiyələnmişdir.

         1970-ci ildə Bakı şəhərindəki 1 saylı Alatava ibtidai məktəbinə  sinif müəllimi kimi təyinat almışdır.

         1976-cı ildən 1 saylı Alatava ibtidai məktəbinin bağlanması ilə əlaqədar olaraq, Bakı şəhəri, keçmiş Oktyabr rayon 13 saylı orta məktəbə köçürülmüşdür.

         1994-cü ilədək həmin məktəbdə sinif müəllimi kimi fəaliyyət göstərmişdir.

         1994-cü ildən Bakı Avropa Liseyinə dəvət almış və o vaxtdan hal-hazırkı günə qədər həmin liseydə calışır.

         41 illik pedaqoji iş stajına malikdir.

         41 illik pedaqoji fəaliyyətim zamanı sinif müəllimi olaraq, “GƏNC NƏSLİN TƏLİM-TƏRBİYƏSİNİN YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİLİ SAHƏSİNDƏ”, “6 YAŞLILARA TƏLİMİN NƏZƏRİ VƏ PRAKTİK ƏSASLARI PROBLEMİ”nə həsr olunmuş elmi-praktik konfransda fəal iştirak etdiyimə, “İbtidai sinif dərslikləri yaradılması üzrə müsabiqə komissiyasının işində fəal iştirak etdiyinə”görə müxtəlif vaxtlarda FƏXRİ FƏRMANLARLA təltif olunmuşdur.                                                                      

         Bakı Xalq Maarif İdarəsi(BXMİ)nin  14.08.1986-cı il tarixli 267 № -li əmri ilə mənə “METODİST MÜƏLLİM”adı verilmişdir.

         1991-ci ildə “İLİN ƏN YAXŞI MÜƏLLİMİ” respublika müsabiqəsinin iştirakçısı olmuş və BİR AYLIQ ƏMƏK HAQQI HƏCMİNDƏ MÜKAFATLANDIRILMIŞDIR.

         AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  pedaqoji işçilərin növbədənkənar attestasiyasının keçirilməsi haqqında 18 iyun 1994-cü il 468№-liəmrinə uyğun olaraq mənə “ALİ KATEQORİYALI  MÜƏLLİM”ixtisas kateqoriyası verilmişdir.

         Müxtəlif vaxtlarda respublikadan kənarda və respublika mətbuatında “Altıyaşlılar üçün “ƏLİFBA” dərsliyi haqqında” tənqidi məqaləm, “Riyaziyyat dərslərində oyun elementlərindən istifadə”,  “Ətraf aləmlə tanışlıq” və s. məqalələrim və fəaliyyətim haqqında onlarla yazılarim dərc olunmuşdur.

         1999-cu ildə “NORVEÇ QADINLAR ŞURASI” və Bakı Baş Təhsili İdarəsi tərəfindən “SERTİFİKAT”-la;

         2002-2003-cü illər ərzində “FƏAL TƏLİM və MƏKTƏB RƏHBƏRLİYİ” Layihəsi çərçivəsində Təhsil Nazirliyi və UNİSEF tərəfindən “SERTİFİKAT”- la;

         TƏHSİL NAZİRLİYİ və UNİSEF tərəfindən keçirilmiş seminarda məşqçilər üçün  “FƏAL TƏLİM” Proqramı üzrə “SERTİFİKAT” -la;

         2007 və 2008-ci illərdə “MƏDƏD” HTİB kurslarında “SERTİFİKAT”-larla;

         2008-2009-cu dərs ilində 1 sinifdə işləyəcək müəllimlər üçün  yeni fənn kurrikulumlarının tətbiqi sahəsində 17-21 iyun tarixində kursu dinləmiş və “SERTİFİKAT”-la təltif olunmuşdur.

         2004-cü ildə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 01 iyun 2004-cü il tarixindən 30 iyun  2004-cü il tarixinədək  “İBTİDAİ  TƏLİM” üzrə ixtisasımı artırmışdır.

         AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ KOLLEGİYASININ 25 may 2004-cü il tarixli T-22 №-li qərarı ilə “FƏXRİ   FƏRMANLA”  təltif olunmuşdur.

         AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 5 oktyabr 2008-ci il tarixində “Beynəlxalq Müəllim Günü” münasibətilə mən “AZƏRBAYCAN RESPUBLİKASI QABAQCIL TƏHSİL İŞCİSİ” döş nişanı ilə təltif edilmişdir.

         Kurrikulum jurnalının 5 sayına (2009-cu il) 1-ci sinifdə “Həyat bilgisi” dərsliyindən “Canlılar və cansızlar” mövzusunda 1 dərsin icmalını göndərmişdir.

 

MÜƏLLİFƏ SUAL YAZ

Adınız
   
E-mailiniz
   
 
Gizli kodu daxil edin: 96065   
* Formanı tam doldurun!
   
 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı