"Bakı" nəşriyyatı
     
NƏŞRİYYAT   Ru | En
Nəşriyyat haqqında
Layihələr
Elektron-resurs
Mükafatlar
Vakansiya
Müəlliflər
Müəllif olmaq istəyirsinizsə
Kontrafakt
Satış nümayəndəliklərimiz

Xəbərlər

19.02.2017
"İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ" kitabı çapdan çıxmışdır.

31.01.2017
"BAKI" nəşriyyatının X siniflər üçün hazırladığı dərsliklər

09.02.2016
Təhsil nazirliyi dərsliklərin ictimai müzakirəsinə başladı

Arxiv >>

"Bakı" nəşriyyatı
Əsas səhifə / Müəlliflər / Müəlliflər müfəssəl

Babayev İqbal Alıcan oğlu

Təvəllüd: 07.08.1964

Təhsili:

Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) “Avtomatlaşdırma və İnformasiya texnologiyaları” fakültəsi

Elmi dərəcəsi:

Texnika elmləri doktoru

Fəxri adları:

1989-cu ildə Kiyevdə “İlin ən yaxşı rasionalizatoru”. 2004-cü ildə “Azərbaycanın tanınmış alimi” (Famous scientists of Azerbaijan), beynəlxalq diplomu.

Karyerası:

1990-cı ildə Kiyevdə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə əmək fəaliyyətini Azərbaycanda başlamışdır. 1991-ci ildə Azərbaycan İnşaat və memarlıq Univers

Hazırkı iş yeri və vəzifəsi:

Dövlət Gömrük Komitəsinin "Statistika və İnformasiya Texnologiyaları" Baş İdarəsinin rəisi 

Nəşriyyatımızla əməkdaşlıq:

1. İnformatika 1-ci sinif. 2006

2. İnformatika 1-ci sinif. 2007

3. İnformatika 2-ci sinif. 2007

4. İnformatika 3-cü sinif. 2007

5. İnformatika 4-cü sinif. 2007

Müəllifi olduğu digər nəşr və publikasiyalar:

 4 monoqrafiyanın müəllifidir:

1. Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsi – Kiyev ş.
2. Layihələrin idarə edilməsinin metodologiyası – Bakı ş.
3. Layihələrin idarə edilməsi – Bakı ş.
4. Layihələrin idarə edilməsi üzrə professional biliklərin əsasları – Bakı ş.
80 elmi-metodiki işin, tələbələr üçün 2 dərsliyin, məktəblilər üçün 8 azərbaycan və rus dillərində dərsliklərin müəllifidir. Ümumi redaktəsi altında Amerikanın PMI İnstitutuna məxsus olan PMBOK kitabının Azərbaycan nəşri çap olunmuşdur. 6 elmi əsərinə müəllif hüququ verilmişdir.

“Seçkilər - informasiya texnologiyaları güzgüsüundə” kitabı.

Təfərrüat:

1981-ci ildə ümummilli lider Heydər Əliyevin göndərişi ilə ali təhsil almaq üçün Kiyev şəhərinə göndərilmişdir.

1986-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) “Avtomatlaşdırma və İnformasiya texnologiyaları” fakültəsini bitirərək elmi işini davam etdirmək üçün dövlət imtahan attestasiya komissiyası Azərbaycan hökumətinə müraciət etmişdir.

1986-1991 illərdə həmin universitetdə Ukrayna əməkdar elmlər xadimi, Dövlət Mükafatı Lauriatı, professor S.D.Bushuyevin rəhbərliyi ilə aspiranturaya daxil olmuş, elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Bu müddətdə informasiya texnologiyaları üzrə həmin universitetdə mühazirələr oxumuş, tələbələr üçün metodiki göstərişlər çap etdirmişdir.  

Elmi işi mürəkkəb sustemlərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlıdır.  

Elmi işin nəticələri Ukraynanın Kiyev və Çerkassı şəhərlərində tətbiq edilmişdir.

1989-cu ildə Kiyevdə “İlin ən yaxşı rasionalizatoru” adı almışdır. Unversitetin ictimai həyatında fəal iştirak etmiş və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə “ən yaxşı müəllimlik fəaliyyətinə” görə diploma layiq görülmüşdür.
1986-1991 illərdə Kiyev şəhərində “POİSK” - kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir.

1990-cı ildə Kiyevdə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Həmin ildən başlayaraq “Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsində innovasiya texnologiyaları” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləmiş və 2006-cı ildə müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi adını almışdır. Dünyada tanınmış “Layihələrin genetik modeli” elmi istiqamətinin müəllifidir.

2005-ci ildə «Азербайджан е-Content 2005» müsabiqəsini «е-Learning» layihəsinin qalibi olmuşdur.
2006-cı ildə Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse prezidenti seçilmişdir.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin professorudur.
«Управление Проектами» (Rusiya), «Управление Проектами и развитие производства» (Ukrayna) beynəlxalq jurnalların redaksiya heyətinin üzvü seçilmiş və «Information Technology Magazine» (Azerbaycan) və “Формула успеха” (Azərbaycan) jurnallarınin elmi məsləhətçisidir.

MÜƏLLİFƏ SUAL YAZ

Adınız
   
E-mailiniz
   
 
Gizli kodu daxil edin: 28830   
* Formanı tam doldurun!
   
 

AVEL - DİSTANT PEŞƏ TƏHSİLİ PORTALI

İNFORMATİKANIN MƏKTƏBDƏ TƏDRİSİ

Azərbaycan dilində ilk proqramlaşdırma mühiti – ALPLogo

INFOKO

Onlayn olimpiadaların təşkili üçün portal

Zoologiya 7-8

MƏKTƏBLİLƏRİN İNFORMATİKA OLİMPİADALARI (1989-2014)

Kimya-7

İNFORMATİKA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

www.pixart.ws

1998 – 2017 © "Bakı" nəşriyyatı